Hər günün bir güllə... Bu mərmilər hikkəli harınların sarayından yağır. Günlər ötəndə insan böyüyür. Sonra, qocalır. Güllələrdən fərqli olaraq, günlər ötüb keçəndə döyüşçü yaşayır, həlak olmur. Güllələr dəyəndə insan qan itirir, can itirir. Zindanda 32 gün, 32 mərmi kimi. Huş, nəfəs, taqət daralır, gözlər qaralır. Xarakter dəyanətin bitməsinə icazə vermir. Bayırdakı əsir-yesir əzizlərin yalvarışını eşidə bilmirsən. Bu şər yarasına, ədalət məlhəm ola bilər. Ağ vərəqə yenidən yazılmış bəraət hökmü, ağ tənzifdə qan ləkəsinin solğun çaları kimi görünəcək. Bilmək olmur, onu səngərdən çıxan yaralanmış qazi kimi qarşılayıb, sonra unudacayıq?
Yoxsa ... ???
33 il əvvəl sənə dəyən güllə, sanki yan keçmişdi. Mərdin gülləsi də özünə bənzəyir. Yeri tez sağalır. Düşmənin də mərdi maraqlı, məna yüklüdür.
Bu günlərin - güllələrin uğultusu səni yorur, taqətdən salır, səsinin avazını pozur. Tibbi yardım maşını minalar təhlükəsindən ləngiyir. Minalanmış sahə, ən təpədə oturanın snayper nişangahında.
Uzaqda ulayan acizləşmiş bir Qurdun, kahasında balalarını təhlükəyə atıb köməyə yetişə bilməyən aciz bir durumu...
Qazi qardaşım, günlər keçdikcə ağrılarını daha çox hiss edirəm. Ağrılarımın təəssüratı, beyindən orqanlara paylanan - fantom ağrısı kimi...
Surxay Əkbər,
Birinci Qarabağ müharibəsinin Qazisi
GundemXeber.Az
P.S. Bu yazıda Goranboy rayonunun Qazanbulaq qəsəbəsində yaşayan Qazi Surxay Əkbəri həbsdə olan Birinci Qarabağ müharibəsinin Qazisi Tofiq Yaqubludan bəhs edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?