Bugünlərdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin iş otağında çəkilmiş görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məlumatlara görə şöbə müdiri iş otağında qeyri-etik hərəkətlərə yol verdiyini anlayaraq, öz ərizəsi ilə işdən çıxıb.
Videogörüntülərdən aydın olur ki, çəkliş şöbə müdiri ilə intim münasibətdə olan qadının özü tərəfindən aparılıb. Qadının video-çəkilişi aparmaqda məqsədi o olub ki, Fəxrəddin Quliyevə qarşı şantaj vasitəsi kimi istifadə edilsin.
Belə də olub. Video şantaj məqsədi ilə üçüncü tərəfə ötürülüb və
Fəxrəddin Quliyev tələb olunan təkliflə razılaşmadıqdan sonra, məqsədli aparılan çəkliş sosial şəbəkələrdə paylaşılıb.
Məlumatlara görə Fəxrəddin Quliyevin iddiası əsasında məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
GundemXeber.Az
P.S. Maraqlı hal odur ki, bu qadın öz razılığı əsasında qarşı tərəflə intim münasibətdə olub. Göründüyü kimi, videoda zorlama hallarına rast gəlinmir. Deməli, məqsəd həkimi şantaj etmək olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?