GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial siyasətinə xəyanət edir? - İDDİA

FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial siyasətinə xəyanət edir? - İDDİA

Tarix: 29-07-2025, 09:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 684

Hüquqi dövlətdə sosial siyasətin tətbiq olunduğu başlıca prioritet sahələrdən biri də məşğulluğun səmərəli və düzgün təmini istiqamətidir. Bildiyimiz kimi, hazırda Şimal qonşumuzla yaranan gərginliyin fonunda hamını düşündürən məsələlərdən biri və bəlkə də birincisi Rusiya Federasiyasından kütləvi şəkildə deportasiya oluna biləcək soydaşlarımızın Azərbaycana mümkün axını və onların vətəndə məşğulluqlarının təmin edilməsidir. Bəs bu gözlənilən problemin tam da olmasa, qismən həllinə nail olmaq üçün sahənin rəhbərliyində görəvləndirilmiş vəzifəli şəxslərin dövlətə sədaqətinə nə dərəcədə güvənmək olar?    

Bu günlərdə gundemxeber.az informasiya portalının redaksiyasına daxil olan məlumatların çoxsaylı oxucularımızın marağına səbəb olacağını nəzərə alıb araşdırmalara başladıq.

Öncə qeyd edək ki, haqqında söz açacağımız Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Sadiq Cabir oğlu Əliyev 1984-cü ildə anadan olub.

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. Məsələnin maraqlı halı ondan ibarətdir ki, Sadiq Əliyevin hansı və neçə mömrəli orta məktəbi bitirməsi haqda heç bir məlumat yoxdur.

Beləliklə, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xatırlatmağa dəyər ki, Sadiq Cabir oğlu Əliyev Fətullah Gülənə bağlı olan "Çağ Öğretim işletmeleri Mingeçevir özel türk Lisesi"ni 2001-ci ildə bitirib. Elə buna görə də Universitetdən öncə hansı orta məktəbi bitirməsi haqda heç bir yerdə məlumata rast gələ bilmədik. O, bu liseyin 5 illik şagirdi olub və 2001-ci ildə də qurtarıb. Hər kəs yaxşı bilirdi ki, bu təhsil ocağı FETÖ-çulara bağlı olub və Mingəçevir şəhərində lisey kimi fəaliyyət göstərib.

29 may 2024-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlardan aydın olur ki, bu adam rəhbərlik etdiyi Agentlikdə bacarıqlı kadrların işlərini itirmələrinə səbəbkar olur və böyük korrupsiya “çetesi” yaradır.

Gəlin Sadiq Əliyevin əməlləri ilə tanış olaq: Sadiq Əliyevin bacardığı ən gözəl fəaliyyət, işçilərin dediyinə görə, əvvəlki sədr Mustafa Abbasbəylinin qurub-yaratdıqlarını dağıtmaqdan ibarətdir. Onu da yada salaq ki, Mustafa Abbasbəyli hal-hazırda Mədəniyyət Nazirliyində Aparat rəhbəridir. Eyni uğurlarını çalışdığı sahədə davam etdirir. Sadiq Əliyev isə dağıdıcılıq, dövlətə və Prezidentə bağlı şəxsiyyətlərə qarşı şəxsi qərəzçiliklə məşğuldur. Bütün bu fəaliyyətlərini pərdələmək üçün Nəzarət Şurasının sədri Elşad Məmmədovun oğlunu işə almaqla, ona nəzarət edənlərin də nəzarətsizliyinə nail olub. Onu da bildirək ki, Bakı Regional Məşğulluq Xidmətinin sədri Habil Alıyevin əslən Elşad Məmmədovun həmyerlisi (Gədəbəyli) olması göstərir ki, yerliçilik də Sadiq Əliyevin idarəçiliyində xüsusi əhəmiyyət daşıyır. Bu barədə də, heç kimin fərqində olmadığı bəzi faktlara gələcək sayılarımızda toxunacağıq. Təsəvvür edin ki, dövlətin xidmət mexanizmlərini necə şəxsi mənafeyi uğrunda fəaliyyətə istiqamətləndirir. Bir tərəfdən uydurma səbəblərlə işçiləri işdən çıxarır, digər tərəfdən isə İctimai Şura sədrinin oğlunu işə götürməklə, baş verən haqsızlıqlara səs çıxarmamağın "tədbirini" həyata keçirir. Son zamanlarda məhkəməyə müraciət edənlərin sayı ona görə də artmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etdiyi xidmətlər olsa da, Sadiq Əliyevin ağılasığmaz və dövlət quruluşunu öz şəxsi istəkləri kontekstində idarə etməsi dövlət başçımızın da siyasətinə vurulan zərbədir. Bütün Dövlət Qurumlarının şəffaflaşdırılması prosesi getdiyi halda, Sadiq Əliyevin nəzarət mexanizmlərini susdurmaq üçün atdığı addım dövlətçilik ənənələrinə ziddir.

Görün, Sadiq Əliyev hansı metodla qurumların fəaliyyətini istismar edir?!... İşçilərini müxtəlif özəl və dövlət müəssisələrinə göndərir. Onlara təklif edirlər ki, siz işçilərinizin müqavilələrini yeniləyərkən göstərin ki, bu işçilər Məşğulluq Xidmətinin vasitəsilə işə alınıb. Nəticə etibarilə heç bir fəaliyyət göstərmədən, “hazırın naziri”, Məşğulluq Xidmətinin iş yerləri də bu şəkildə "artmış" olur. Bu barədə əlimizdəki materialları daha sonrakı saylarımızda dərc edəcəyik.

İşçiləri işə alarkən mövsümi iş adı altında müqavilə imzalatdırır, onları işdən çıxararkən isə “müqavilənin müddəti bitdi” deyilərək, özünə hüquqi zəmin yaratdığını düşünür. İllərlə Məşğulluq Agentliyinin işçiləri olan vətəndaşların bu şəkildə xəyalları alt-üst edilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi qayğıya və ailə qurmalarına əngəl yaradılır.

Əgər işlər mövsümidirsə, o zaman Sadiq Əliyevin sədr təyin edildiyi gündən günümüzədək neçə işçi çıxardığını və əvəzində neçə işçi aldığını da ayrıca diqqətinizə çatdıracağıq. Bizi maraqlandıran işin hüquqi və məntiqi tərəfidir. Əgər Vəli işdən çıxırsa, Əli də onun yerinə işə alınırsa, bu iş mövsümi iş ola bilməz. Mövsümi olmayan işə isə müddətli əmək müqaviləsi imzalatmaq həm qanuna meydan oxumaq, həm də məntiqsizlikdir.

Sadiq Əiliyev öz əsas  və birbaşa vəzifələrini isə unudub – bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edə bilmir, vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünü yetərincə müdafiə etmir, əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst ifadə etməsinə şərait yaratmır, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirləri görmür, məşğulluq sahəsində fəaliyyəti iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirə bilmir, dövlətin məşğulluq siyasətinə dəstək verməyə həvəsli olan işəgötürənləri həvəsləndirmir və s.

Ardı var...

GundemXeber.Az


P.S. Aprel döyüşləri və 2-ci Qarabağ müharibəsi iştirakçısı olan şəxsin pozulmuş hüquqlarını bərpa etmək üçün Dövlət Məşğulluq Agentliyinin rəhbər heyətinə işdən qanunsuz və əsassız olaraq çıxarıldığına və işə qəbulla bağlı etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, uzun müddətdir öz həllini tapmaması məyusluq  doğurur. Agentlikdə pozulmuş hüquqlarını bərpa edə bilməyən Qazimiz məcburiyyətdən ölkə başçısı cənab İlham Əliyevə müraciət edib.

Həmin müraciəti növbəti günlərdə çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 834 min manatlıq tenderi udan "B2B GROUP" MMC generalındır? - AÇIQLAMA

    834 min manatlıq tenderi udan "B2B ...

    7-12-2021, 12:00

  • 
  • Azərbaycanda maaşlar artırılacaq (RƏSMİ)

    Azərbaycanda maaşlar artırılacaq (RƏSMİ) ...

    3-03-2020, 11:30

  • 
  • Cəlilabadda Məşğulluq Mərkəzinin rəhbər şəxsləri tutuldu

    Cəlilabadda Məşğulluq Mərkəzinin rəhbər şəxsləri ...

    11-01-2019, 16:25

  • 
  • Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev

    Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və ...

    23-01-2021, 15:25

  • 
  • Türkiyədə ünlü şəxslərin həbsindən sonra, Azərbaycanda vəziyyət necədir? - MÜDHİŞ FAKTLAR

    Türkiyədə ünlü şəxslərin həbsindən sonra, ...

    13-11-2024, 16:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu