GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Partiya sədri Adəm İsmayıl Bakuvi: “Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur”

Partiya sədri Adəm İsmayıl Bakuvi: “Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur”

Tarix: 8-08-2025, 15:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 155

“Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin hərtərəfli inkişafında hər zaman maraqlı olub və bu inkişafı təmin etmək üçün öz tərəfindən bütün gərəkən addımları atıb. Təəssüflər olsun ki, son bir neçə il ərzində əvvəllər əldə olunmuş çox sayda nailiyyətlər itirilmiş, hətta iki ölkə arasında kifayət qədər gərginliklər də yaşanmışdı. Bunun əsas səbəbi isə Bayden administrasiyasında, ABŞ senatında olan bəzi ermənipərəst qüvvələrin bu ölkənin rəhbərliyinə geniş təsir imkanlarına malik olmalarında və bu imkanlardan ölkəmizə qarşı gen-bol yararlanmalarında idi. Lakin 2025-ci il Azərbaycan ilə ABŞ arasında münasibətlərdə bir çox əsaslı korrektələrin ediləcəyi gözləntiləri ilə başladı. Aydındır ki, bunun da əsas səbəbi 2024-cü ilin noyabrında Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təbrik məktubunda bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Təbii ki, belə bir əminlik üçün dövlət başçımızın bütün əsasları var. Belə ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Əslində bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsas rolunu oynaya biləcək mühüm amillərdən biri də məhz elə o dövrdə formalaşmış qarşılıqlı etimad prinsipləridir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.

        Fikirlərini davam etdirən partiya sədri Azərbaycan-ABŞ əlaqələrinin inkişafına müsbət təsiri baxımından hər iki ölkənin prezidentləri tərəfindən bu məsələyə strateji yanaşmanın sərgilənməsini mühüm faktor kimi qeyd edib: “İki ölkə arasında münasibətlərin konstruktiv əsaslar üzərində formalaşması və inkişaf perspektivlərinə malik olması üçün tələb olunan mühüm şərtlərdən biri də siyasi iradənin mövcud olmasıdır. Məhz bu amil Azərbaycan və ABŞ prezidentləri tərəfindən kifayət qədər aşkar şəkildə nümayiş etdirilməkdədir. Məsələn, əgər biz cənab Trampın 2025-ci il mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubuna nəzər salsaq, bu zaman həmin sənədin mətnində ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin genişlənməsinə aşkar çağırışların olduğunu görərik. ABŞ Prezidenti yazır: “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək...”

Təbii ki, analoji çağırış mesajlarını biz cənab Prezident İlham Əliyevin ABŞ-nın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa iyulun 4-də ünvanladığı təbrik məktubunda da oxuyuruq: “İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.” Beləliklə, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha yüksək və daha perspektivli səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də qarşılıqlı etimad prinsiplərini formalaşdırmış tarixi bağlantılar mövcuddur. Bütün bunları nəzərə alaraq cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələyə keçidi şərtləndirəcək mühüm hadisə kimi dəyərləndirmək lazımdır” – deyə, VƏHDƏT Partiyasının sədri Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ ...

    15-10-2015, 20:04

  • 
  • ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham Əliyevə zəng edib

    ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham ...

    20-05-2016, 22:59

  • 
  • İraq ABŞ-İran gərginliklərinə əsas səhnədir

    İraq ABŞ-İran gərginliklərinə əsas səhnədir ...

    15-01-2020, 14:54

  • 
  • “Azərbaycan haqqında həqiqətlər daha çox yayılmalıdır” - Prezident

    “Azərbaycan haqqında həqiqətlər daha çox ...

    31-07-2017, 17:38

  • 
  • Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

    Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda ...

    20-08-2019, 11:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu