GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

Tarix: 29-09-2025, 22:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 223

Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

Məlum olduğu kimi Hesablama Palatası 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb. Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub.

Hesablama Palatasının sentyabrın 26-da yaydığı məlumatlarda bildirilir ki, “heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.”

Hesablama Palatasının yaydığı bu məlumatlar ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Aqrar Xidmətlər Agentliyinin heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyən təchizatçılara dövlət satınalmalarının portalında 28.07.2023-cü il tarixli elan vermişdir. Elanda bildirilir ki, çiçək xəstəliyi əleyhinə peyvənd vasitəsi-5.775.000 doza; qarayara xəstəliyi əleyhinə peyvənd vasitəsi- 4.960.000 doza; nodulyar dermatit xəstəliyi əleyhinə peyvənd vasitəsi- 1.860.000 doza; xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (REV-1) – 1.732.000 doza; iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (S-19) – 645.000 doza vaksin alınmalıdır.

Qeyd edək ki, heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə keçirilmiş sözügedən tenderdə Aqrar Xidmətlər Agentliyi 27.11.2023-cü ildə “Forester” LLC (VÖEN:415106389) ilə 2.190.569 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi “Forester” LLC ilə 5.176.670 manat dəyərində bir müqavilə də 14.09.2022-ci ildə xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksinlərin satın alınması üzrə bağlayıb.

Agentliyin iki il ərzində 7 milyon manatdan çox dəyəri olan iki müqavilə bağladığı şirkətin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Forester” LLC kimi kommersiya qurumunun müəyyən edilmədiyi göstərilir.

Heyvanlar arasında Quduzluq, Leptospiroz, donuzların Taunu, atların Rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə 700.538 manat məbləğində satınalma müqaviləsi 22.09.2023-cü ildə “ECOMEDİ” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN:1505088721) ilə bağlanılıb.

Hesablama Palatasının yaydığı məlumatda daha sonra qeyd edilir ki, “alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilib, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2 795 230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilib. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında, nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər verib. Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilib 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64 545 doza miqdarında peyvəndlər də uçotdan silinib ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas verib.”

Qeyd edək ki, dövlət tərəfindən heyvanlar arasında xəstəliklərə qarşı peyvəndlərin alınmasına milyonlarla manat dövlət vəsaitinin ayrılmasına baxmayaraq bu günlərdə biz verilən məlumatlara görə Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Daşkəsən rayanloranıda iribuynuzlu heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyi yayılıb və hələ də qarşısı alnmayıb. Sakinlərin verdiyi məlumata görə bu Aqrar Xidmətlər Agentliyinin regional idarələri tərəfindən heyvanlara petvənd olunmasından bir iki ay sonra baş verib. Bu isə onu deməyə əsas verir ki, Hesablama Palatasının da qeyd etdiyi kimi, istifadə müddətinin bitməsinə 1-2 ay qalmış peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitet formalaşmamışdır. Yəni vurulan peyvəndlərin ya vaxtı keçmişdir, ya da keyfiyyətini itirmişdir.

Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdir.O, nazir Məcnun Məmmədovun əmri ilə 02.10.2023- cü ildə sözügedən vəzifəyə təyin edilib. Sərdar Hacıyev daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub. Sərdar Hacıyevin təyinatına qədər quruma Mirzə Əliyev rəhbərlik edib. Mirzə Əliyev vəzifəsindən 10 yanvar 2023-cü ildə azad edilib. Sərdar Hacıyevin təyinatına qədər quruma sədr müavini Cəfər Məhərrəmov rəhbərlik edib. Hesablama Palatasının Agentlikdə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər apardığı dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi zamanı quruma əvvəl Cəfər Məhərrəmov müavin olaraq,sonra isə Sərdar Hacıyev rəhbərlik ediblər. Aşkar olunan bu qədər ciddi nöqsanlara baxmayaraq nazir Məcnun Məmmədov tərəfindən təyin edilmiş hər iki şəxs hələ də vəzifələrinin başındadırlar./Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatası məmurlarla baglı materialları prokurorluğa göndərəcək

    Hesablama Palatası məmurlarla baglı materialları ...

    17-02-2014, 17:07

  • 
  • Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarlayıb

    Hesablama Palatası XİN-də maliyyə pozuntuları ...

    1-04-2019, 21:04

  • 
  • Məktəbləri tikən şirkətlərə 1000 305 manat artıq pul ödənilib - HESABLAMA PALATASINDAN AÇIQLAMA

    Məktəbləri tikən şirkətlərə 1000 305 manat artıq ...

    20-04-2025, 17:32

  • 
  • Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

    Hesablama Palatası AZAL-ın işində nöqsanlar ...

    30-01-2018, 21:47

  • 
  • Hesablama Palatası: “KİVDF-nin 37 milyon manatlıq əmlakına həbs qoyulub”

    Hesablama Palatası: “KİVDF-nin 37 milyon manatlıq ...

    21-04-2022, 13:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu