Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov deyib ki, 2013-cü ildə ölkənin xarici iqtisadi mövqeyi daha da möhkəmlənib, ixracın həcmi 30 milyard ABŞ dollarını, tədiyyə balansının cari hesabında profisit isə 10 milyard ABŞ dollarını ötüb: “Milli iqtisadiyyat istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatlarına malikdir. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarını ötüb və ehtiyatların həcmi ümumi daxili məhsulun 70%-nə ekvivalentdir. Ötən il ölkə iqtisadiyyatı 5.8% artım nümayiş etdirib. Qeyri-neft iqtisadiyyatında 10% artım qeydə alınıb.
Mərkəzi Bank 2013-cü ildə aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olub, ölkədə maliyyə vasitəçiliyi genişlənib və şaxələnib. 2013-cü ildə orta illik inflyasiya Mərkəzi Bankın hədəflədiyi diapazonun ortadan aşağı həddində - 2.4% olub”.
İclasda aparılan müzakirələrdə qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilində 21% artaraq 14,2 milyard ABŞ dollarına çatıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?