Bakının zənginlər məhəlləsində sakinlərin narahatlığına səbəb olan ilginc hadisə baş verib. Artıq bir neçə gündür ki, Bakının Atatürk prospekti 114 ünvanında, daha dəqiqi Ayna Sultanova parkının yaxınlığında yerləşən villalardan 3-ü gözlənilmədən sökülməyə başlayıb. Söküntü zamanı villaların inşasında istifadə edilən bahalı tikinti materialları, o cümlədən mərmər üzlüklər, dam örtüyü və sair yararsız vəziyyətə salınıb. Ətrafda yaşayan və dəbdəbəli mülk sahiblərini təşvişə salan da məhz bu məqam olub. Ətrafdakı digər malikanə sahibləri söküntünün onlara da çatacağından narahatlıq keçiriblər və müxtəlif instansiyalara baş vurublar. Araşdırmalar zamanı bəlli olub ki, ümumi dəyəri 10 milyon manat olan hər 3 villanı eyni adam alaraq, orada daha iri, dəbdəbəli tikinti işinə başlayacaq. Xatırladaq ki, sökülən bu villalar da həmin ərazidə ən dəbdəbəli tikililərdən sayılırdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?