GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Asiya Bankı ilə Ziya Məmmədovun müştərək korrupsiya layihəsi

Asiya Bankı ilə Ziya Məmmədovun müştərək korrupsiya layihəsi

Tarix: 1-08-2014, 02:02 Bölmə :İqtisadiyyat Baxış: 0
Asiya Bankı ilə Ziya Məmmədovun müştərək korrupsiya layihəsi


Bank Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolunun bir kilometrinə beynəlxalq standartdan ən azı 2 dəfə çox - 10 milyon dollar ayırıb; BVF, DB və başqa nüfuzlu Avropa donorlarından fərqli olaraq AİB korrupsiya risklərini nəzərə almadan böyük məbləğli layihələrə dəstək verir

Asiya İnkişaf Bankı (AİB) Nəqliyyat Nazirliyinə Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolu (63 km) çəkmək üçün vəsait ayırıb. AİB və Azərbaycan hökumətinin rəyinə görə, layihənin ümumi qiyməti 625 milyon dollardır. Avqustda ilk tranş ayrılacaq - 250 milyon dolların ayrılması təsdiqlənəcək.


Ekspertlərin fikrincə, beynəlxalq maliyyə institutlarının investisiya layihələrində iştirakı yaxşıdır. Onların mütəxəssisləri beynəlxalq normativləri əsas götürür, korrupsiyaya imkan vermir və s. Ancaq Azərbaycanda situasiya fərqlidir. Burada xarici donorlar da Nəqliyyat Nazirliyinin korrupsiya tutumlu layihələrinə maliyyə dəstəyi verir. Məsələn, beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi Bakı-Hacıqabul yolu (120 km) dəfələrlə tənqidə məruz qalıb. Yol 30 il istismar edilməli idi, amma hər il ən azı 2 yerində təmir gedir.

Dünyanın heç bir ölkəsində hətta asfalt beton yolun 1 kilometri 10 milyon dollara başa gəlmir. İspaniyada 8 zolaqlı yolun 1 kilometri 1,8, ABŞ-da 2, Finlandiyada 2,8, Rusiyada 3,3, Almaniya və Fransada 5 milyon dollardır.

Hər kilometrin qiyməti yolun eni və qalınlığı, ƏDV, layihə sənədləri xərci, torpaq alınması, kommunikasiyaların köçürülməsi və başqa detallar nəzərə alınmaqla müəyyənləşir. Bundan başqa, Azərbaycanda kəskin iqlim yoxdur. Amma istehsalın inhisarlaşdırılması, hökumətin və siyasi hakimiyyətin Nəqliyyat Nazirliyinə lobbiçilik etməsi “bahalı yolların” ortaya çıxmasına səbəb olur.

Ölkələrdə yolların bir çoxunun tikinti və bərpasına kredit ayıran Dünya Bankı yol layihələrinin xərcləri ilə bağlı hesablama aparıb. Bankın 40-a yaxın ölkədə kredit ayırdığı layihələrin müqayisəli analizini əks etdirən bu sənədə görə, təzə yolun salınması xərclərinin ən ucuzu hər kilometr üçün 142 min dollara, ən bahalısı isə kilometrinə 1 milyon 832 min dollara başa gəlib. Bu qiymətlər ümumiyyətlə yol olmayan ərazilərdə aparılan yol tikintilərinə aiddir. Yəni söhbət sıfır variantından yolun salınmasından gedir. Artıq mövcud olan yolların bərpasına isə hər kilometrinə 62 min dollardan 609 min dollara qədər pul xərclənə bilər. Bu xərclər yol ötürücülərinin və qovşaqların tikintisini də əhatə edir.

Rəqəmlər arasında olan fərq yolun keyfiyyəti, ərazinin landşaftı, işçi qüvvəsinin, tikinti materiallarının ölkədən-ölkəyə fərqli qiyməti ilə izah olunur. Azərbaycanın da daxil olduğu beynəlxalq İpək Yolu layihəsinin bir hissəsini çəkən Qazaxıstanda yol tikintisinə sərf edilən vəsait Azərbaycandakı yol tikintisi məsrəfləri ilə müqayisədə çox azdır. Qazaxıstan nəqliyyatçıları Çinə qədər uzanacaq 2500 kilometrlik birinci dərəcəli yolun çəkilməsi üçün 4 milyard dollarlıq büdcə tərtib ediblər. Başqa sözlə, hər kilometrə 1,7 milyon dollar xərc nəzərdə tutulub. Yolların keyfiyyətinə və yol şəbəkəsinin genişliyinə görə dünyanın qabaqcıl ölkələrindən sayılan Finlandiyanın paytaxt Helsinkidən Rusiya sərhədinədək çəkdiyi 1-ci dərəcəli yolun (B tipli) hər kilometri 3,4 milyon dollara başa gəlib. Belə nümunələrin sayını artırmaq da olar. Ancaq oxucuları yormamaq üçün mühüm bir detalı vurğulamaqla bununla kifayətlənək - Qazaxıstanda yol tikintisində çalışanların əmək haqqı 5, Finlandiyada isə azı 10 dəfə Azərbaycanla müqayisədə yüksəkdir. Əgər Qazaxıstan və Finlandiyada yol tikintisi işçilərinin əmək haqqı fondu Azərbaycanla eyni səviyyədə olsaydı, bu göstəriciləri 2-yə bölmək lazım gələcəkdi.

Belə çıxır ki, AİB Nəqliyyat Nazirliyinin korrupsiya tutumlu növbəti layihəsini maliyyələşdirməyə qərar verib. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqa nüfuzlu Avropa maliyyə təsisatlarından fərqli olaraq AİB korrupsiya risklərini nəzərə almadan böyük məbləğli layihələrə dəstək verir. Təbii ki, bank burada nəsə itirmir. Çünki kreditlər dövlət zəmanəti ilə alınır və dövlət büdcəsi hesabına da ödəniləcək. Burada itirən Azərbaycan dövləti, qazanan isə başda Ziya Məmmədov olmaqla, bir neçə məmurdur.
Asiya İnkişaf Bankının mənzil-qərargahı Filippində yerləşir. AİB-in 67 üzvü var. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür, bankın kapitalında 0,5 faiz paya malikdir. Bankın Azərbaycandan Rəhbərlər Şurasının üzvü maliyyə naziri Samir Şərifovdur. AİB Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. Böyük ehtimalla Azərbaycan hökumətini bu Şərq təsisatı ilə sıx bağlayan amillərdən biri də müştərək korrupsiya maraqlarıdır. Hər halda, fakt göz önündədir - bank heç bir xəsislik etmədən Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolunun bir kilometrinə 10 milyon dollar ayırıb.

Yeri gəlmişkən, AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçiriləcək. Azərbaycan hökuməti bu tədbirə çox ciddi şəkildə hazırlaşır və bununla bağlı baş nazirin müavini Yaqub Əyyubovun rəhbərliyi ilə təşkilat komitəsi də yaradılıb.

İqtisadiyyat şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədov dünyanı şoka saldı

    Ziya Məmmədov dünyanı şoka saldı ...

    26-07-2014, 19:04

  • 
  • AİB Azərbaycanda layihələrə 800 milyon dollardan çox vəsait ayırmağa hazırdır

    AİB Azərbaycanda layihələrə 800 milyon dollardan ...

    14-09-2018, 13:50

  • 
  • AİB ilə Azərbaycan arasında kredit müqaviləsi imzalanacaq

    AİB ilə Azərbaycan arasında kredit müqaviləsi ...

    28-11-2019, 13:51

  • 
  • Zelenski: Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

    Zelenski: Avropa İnvestisiya Bankı Ukraynaya 2 ...

    11-02-2025, 20:22

  • 
  • Avropa İnvestisiya Bankı Ukraynaya 300 milyon avro ayırır - Nəyə sərf olunacaq?

    Avropa İnvestisiya Bankı Ukraynaya 300 milyon ...

    9-04-2025, 22:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu