Prezident İlham Əliyev bu gün növbəti dəfə sərəncam imzalayıb.
"gundemxeber.az" saytının xəbərinə görə, ölkə başçısı Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən üç min iki yüz nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon (bir milyon yeddi yüz min) manat ayrılması nəzərdə tutulub.
Maliyyə Nazirliyinə maliyyələşməni bu sərəncamın 1-ci hissəsində müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?