Yasamal Rayon icra hakimiyyəti sakinlərlə görüşdən imtina edir
Bunu PİA.AZ-a «Sovetski» sakinləri bildiriblər. Belə ki, icra hakimi ilə görüşüb dərdlərini bildirmək istəyən sakinlərə icar hakimiyyətinin binasında müxtəlif bəhanələr gətirilirlər və qəbul əngəllənir.
Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin rəsmi saytında vətəndaşlarla görüşün hər həftənin bazar ertəsi günü saat 10:00-dan başlanıldığı yazılıb və gün sonunadək məhdudiyyət yoxdur. Amma «Sovetski» sakinləri görüş üçün icra hakimiyyətinə getdikdə başda icra hakimiyyətinin köməkçisi Rüfət Əhmədzadə olmaqla, qəbul otağındakı mühafizə polisi və digər işçilər bəhanə gətirilər ki, guya qəbul saat 9-da olur. Sakinlər doqquzda gəlsikdə isə qəbulun onun yarısında, 10-da olacağını deyirlər.
Bir qayda olaraq vətəndaşlarla görüş isə növbəti həftənin birinici gününə ertələnir və bu hər həftə takrarlanır.
«Sovetski» sakinləri bildirirlər ki, icra başçısının onların tələblərini yerinə yetirməməsi bir yana, üstəlik İbrahim Mehdiyev sakinləri qəbul edib problemlərini dinləmək istəmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?