GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İslam bankçılığı üzrə faizsiz alış-veriş, ənənəvi mağazalar şəbəkəsinin dövriyyəsini azaldacaq...

İslam bankçılığı üzrə faizsiz alış-veriş, ənənəvi mağazalar şəbəkəsinin dövriyyəsini azaldacaq...

Tarix: 1-10-2014, 10:08 Bölmə :İqtisadiyyat Baxış: 1 119
Vüqar Bayramov: "Belə satışın həyata keçirilməsinin ticarət mərkəzlərinin dövriyyəsinə müəyyən təsiri olacaq, lakin digər ticarət şəbəkələri üzrə dövriyyənin kəskin azalması gözlənilmir"
Zahid Məmmədov: "Hər birinin öz bazarı, tələbatına uyğun şəraiti, səviyyəsinə cavab verən müştərisi var"

İslam bankçılığı üzrə faizsiz alış-veriş, ənənəvi mağazalar şəbəkəsinin dövriyyəsini azaldacaq...
Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamenti islam tələblərinə uyğun kartların sayını və dövriyyəsini artırmaq üçün yeni layihə hazırlayıb. Belə ki, bank faizsiz alış-verişin aparıla biləcəyi iri mağazalar şəbəkəsi quracaq. Nəticədə, misal üçün malın qiyməti min manatdırsa, o həmin qiymətə də alınacaq və 6-12 ay müddətində məbləğ hissə-hissə ödəniləcək. Bu barədə, mətbuata Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin rəhbəri Bəhnam Qurbanzadə məlumat verib: "Biz ticarətin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş Murabaxa kartını təklif edirik.
Murabaxa “qazanclı satış” mənasını verir. Təcrübədə bankın bir malı satın alaraq və üzərinə qazanc payı əlavə edərək müştərisinə müddətli satmasıdır. Müştəri kreditlə mal almaq üçün banka müraciət etdikdə, bank ona nağd pul vermir. Müştəri ilə bağlanılan müqaviləyə əsasən mal bank tərəfindən alınır və üzərinə razılaşdırılan qazanc payı əlavə edilərək müştəriyə satılır. Daha sonra müştəri malın dəyəri üzrə borcu hissə-hissə banka qaytarır. Hazırda böyük mağazalar şəbəkəsi yaradırıq. Bizim kart müştərilərimiz bu mağazalar şəbəkəsi daxilində uzunmüddətli, faizsiz kreditlərdən bəhrələnə biləcəklər". Departament rəhbəri qeyd edib ki, rəhbəri olduğu qurum vətəndaşlara islam bankçılığı barədə düzgün məlumat çatdırmaq üçün işlər aparır: "Böhran dövründə belə islam bankçılığı inkişaf etmişdi. İnkişaf onun üstünlüyündədir. Həmin üstünlükləri də yaxın zamanlarda müştərilərimizə açıqlayacağıq".
Görəsən, belə mağazalar şəbəkəsi digər mağaza və ticarət məntəqələrini sıradan çıxara bilərmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, faizsiz alış-verişin aparıldığı mağazalar şəbəkəsinin yaradılması digər tip satış məntəqələrinin dövriyyəsinə müəyyən qədər təsir edəcək, amma bu təsir ciddi olmayacaq: "İslam bankçılığı üzrə mağazalar şəbəkəsinin qurulması digər mağaza və ticarət şəbəkələrini sıradan çıxarmayacaq. Buna inanmaq da çətindir. Amma təbii ki, bu banklara və bütövlükdə dövriyyəyə təsir göstərəcək. Birmənalı şəkildə gözləyirik ki, məhz bu prosesə start verilməsi bütövlükdə ənənəvi xidmətlər təklif edən şəbəkələrin dövriyyəsinə mənfi təsir edəcək. Çünki, bu o deməkdir ki, əslində insanlar praktik olaraq malın qiymətini deyəcəklər. Ancaq heç bir faiz hesablanmadan həmin məbləği sonradan hissə-hissə geri qaytaracaqlar. Bu isə vətəndaşlar üçün daha cəlbedici olacaq. Belədə malın qiymətinə hər hansı faiz də hesablanmayacaq. Praktik olaraq, bu faizsiz kreditin verilməsidir. Vətəndaş müəyyən məbləğ kredit götürəcək və onu müəyyən müddət ərzində hər hansı bir ödəniş olmadan, hissə-hissə geri qaytaracaq. Təbii ki, bu ümumi dövriyyəyə təsir göstərəcək. Amma hələlik islam bankçılığı üzrə mağazalar şəbəkəsinin qurulması istiqaməti üzrə ayrılan vəsaitin həcmi güman olunmur ki, böyük olsun. Hələlik layihə ilk olaraq sınaqdan keçirilir. Bir qədər sonra isə onun daha geniş miqyasda tətbiqi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bütün ticarət dövriyyəsinin belə faizsiz ticarət dövriyyəsinə keçməsi praktik olaraq mümkün deyil. Bu baxımdan bəzi mağazaların faizsiz ticarət dövriyyəsinə keçərək, belə satışı həyata keçirmələri ticarət mərkəzlərinin və supermarketlərin dövriyyəsinə müəyyən qədər təsir göstərəcək. Bu karta marağın artacağı proqnozlaşdırılır. Lakin digər ticarət şəbəkələri üzrə bütövlükdə dövriyyənin kəskin azalması və ciddi şəkildə aşağı düşməsi gözlənilmir".
Ekspert Zahid Məmmədov da bu qənaətdədir ki, Beynəlxalq Bank tərəfindən sözügedən addımın atılmasının alternativ ticvarət məntəqələrinə heç bir təsiri olmayacaq, Çünki, hər birinin öz müştərisi və bazarı vardır: "Bilirsiniz dünyada çoxsaylı islam bankları da fəaliyyət göstərir. Amma bunun qarşılığında klassik banklar sıradan çıxmayıb. Hər birinin öz bazarı, tələbatına uyğun şəraiti, səviyyəsinə cavab verən müştərisi var. Sadəcə olaraq, olkəmizdə də faizsiz alış-verişin aparıla biləcəyi mağazalar şəbəkəsinin yaradılması gözəl addımdır. Zamanında müsəlman ölkələrindən bizə gələcək insanlar üçün də bu addım gözəl örnəkdir. Hesab edirəm ki, islam bankçılığının dünyada məşhur olan brendləri də var, onlar da bu addımdan sonra ölkəmizə gələcək. Onlar da gəlib burada islam bankşlığının kartları və xidmətlərindən istifadə edə bilərlər. Ona görə də, atılan bu addım tədqirəlayiq haldır".
Həsən
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ilk müstəqil şəriət bankı yaranır, faiz olmayacaq...

    Azərbaycanda ilk müstəqil şəriət bankı yaranır, ...

    19-02-2016, 14:02

  • 
  • Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqda sərəncam verdi

    Prezident İlham Əliyev "Şimal-Cənub" ...

    7-12-2015, 20:02

  • 
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40

  • 
  • “Maqnit” mağazalar şəbəkəsində rəzalət:- “Məzələnirsiniz? Tərtər işğal olunub, axı”

    “Maqnit” mağazalar şəbəkəsində rəzalət:- ...

    28-04-2016, 16:22

  • 
  • Kerry:"İslam Dövləti" qrupu soyqırım törədib

    Kerry:"İslam Dövləti" qrupu soyqırım ...

    17-03-2016, 20:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu