“Azərneftyağ” Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.
“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək. “Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq”, - deyə o əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?