Rusiya dövlət başçısı Vladimir Putin, neft qiymətləriylə bağlı optimist danışıb.
ANS PRESS-in məlumatına görə, Fransız neft şirkəti Totalın icraçı direktoru Patrik Poyannla görüşdən sonra danışan Putin neft qiymətlərinin 2015-ci ilin ilk rübündə tarazlanacağını deyib.
"Gələn ilin ilk rübündə ya da ortasında, neft bazarının tarazlıq tapacağına çox əminəm", – deyə Putin OPEC-in son toplantısını əsas götürüb.
Qeyd edək ki, OPEC ölkələri Vyanada keçirilən iclasda neft qiymətinin düşməsinə qarşı gözlənilən hasilat kvotasının azalması qərarını verməyiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?