GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanda dollar qalxır?! - İqtisadçılar danışır

Azərbaycanda dollar qalxır?! - İqtisadçılar danışır

Tarix: 17-12-2014, 11:26 Bölmə :İqtisadiyyat Baxış: 0
Azərbaycanda dollar qalxır?! - İqtisadçılar danışır

İki gündür bir sıra valyuta dəyişmə məntəqələrində ajiotaj yaranıb. Sosial mediada satışda dolların yığışdırılması haqda məlumatların yer alması vəziyyətin gərginliyindən xəbər verir.

Sözügedən məntəqələrdə dollar qıtlığının yaranması haqda söz-söhbətlər isə onun dəyərinin bahalaşdırılmasına səbəb olub. Dünən bir sıra valyutadəyişmə məntəqələrində 1 dolların satışı 79 qəpiyə təklif edilib. Alıcılara bunun səbəbini ABŞ valyutasının çatışmazlığı ilə izah ediblər.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnənin dəyişmədiyini bəyan edir. Banklar isə dollar qıtlığının yaranması haqda iddianın yersiz olduğunu göstərirlər. Belə olan halda, manatın ucuzlaşması ətrafında spekulyasiyada kimin maraqlı olması sual doğurur.

Ekspertlərin ehtimallarına görə, qıtlığın yaranmasının əsas səbəblərindən biri Rusiya maliyyə bazarında baş verən hadisələrlə əlaqədar Azərbaycanda dollar alışının yüksəlməsidir.

İqtisadçı-ekspert Samir Əliyev "Bizim Yol"a bildirib ki, hələ ki, manatın dollara nisbətən kursunun yumşaldılmasına heç bir əsas yoxdur: "Mərkəzi Bank müxtəlif vasitələrlə bunun qarşısını alır. Bunun üçün resursları da kifayət qədərdir. Ayrı-ayrı valyuta dəyişmə məntəqələrində dolların bahalaşması Rusiyada baş verən hadisələrin psixoloji təsiridir. Adi vətəndaşlar düşünür ki, rubl ucuzlaşırsa, manatı da eyni aqibət gözləyə bilər. Neft ixrac edən ölkələrdə, məsələn, Rusiya və Qazaxıstanda milli valyutaların ucuzlaşması müşahidə edilir. Ona görə də bir ajiotaj yaranıb ki, neft ölkələrində bu baş verirsə, deməli, Azərbaycanda da ola bilər. Mərkəzi Bank bunun qarşısını maksimum dərəcədə almağa çalışacaq. Bu ilin sonuna kimi manatın bahalaşması müşahidə edilməyəcək. Gələn ilin ortalarına qədər elə də ciddi bir problem gözlənilmir".

Lakin ekspert gələn ilin ikinci yarısından etibarən manatın dollara nisbətdə ucuzlaşmasının müşahidə ediləcəyini istisna etmir: "Hər bir halda bu, neftin qiymətinin hansı həddə qədər düşməsindən asılı olacaq. İndi neftin 1 barelinin 60 dollar səviyyəsində olması Azərbaycan üçün əlverişli deyil. Hətta 40 dollara qədər ucuzlaşacağı ilə bağlı proqnozlar səslənir. Neftin dəyəri bu və ya bundan aşağı həddə olarsa, manata qarşı təzyiqlər artacaq. Eyni zamanda büdcənin icrasında da problemlər yarana bilər. "Qara qızıl"ın qiymətindəki enmələr Neft Fondunda da kəsir yaradacaq.

Fikrimcə, Mərkəzi Bank manatın kursu ilə bağlı qərarına yenidən baxmalı olacaq. Çox güman ki, bu, gələn ilin ortasında baş verəcək. Burada iki variant var: Birincisi, devalvasiyaya gedilməsidir ki, birdən-birə manatı 10-15 faiz ucuzlaşdıra bilərlər. İkinci variant isə, tədricən yumşaq ucuzlaşmaya getmək yolunu tuta bilərlər. Mərkəzi Bank 2015-ci ilin pul-kredit siyasətinə dair bəyanatında bunu açıq şəkildə göstərməlidir. Belə ki, Azərbaycan hökumətinin manatın yumşaldılması siyasətinə keçəcəyini, hər il 3-4 faiz manatı dollara nisbətən ucuzlaşdıracağını bəyan etməlidir. Məqsəd də ixracı stimullaşdırmaq, qeyri-neft sektorunda sahibkarlığı inkişaf etdirmək".

Ekspert dolların hazırkı bahalaşmasını isə sırf psixoloji amillə bağlayır: "Rusiya vətəndaşlarının kütləvi dollar alışı Azərbaycan vətəndaşlarının da psixoloji olaraq ABŞ valyutasını almasına təsir edib. Digər səbəbi isə, hər il olduğu kimi bu ilin sonunda da dollara olan tələbatın artmasıdır. Bunun da səbəbi həm turizm mövsümü vaxtının olması, həm də büdcənin icrası ilə bağlıdır. Diqqət yetirsək, dövlət büdcəsinin dekabr ayında icra səviyyəsi birdən-birə yüksəlir. Həmin vaxt vəsaitlər dollara çevrilir və bazarda nisbətən qıtlıq yaranır. Ümumiyyətlə, neftin qiyməti aşağı düşdükcə, təzyiqlər də artacaq".

Digər iqtisadçı-ekspert Əli Əlirzayev isə gələn il manatın ucuzlaşacağını ehtimal etmir. Onun sözlərinə görə, dollara nisbətdə manatın kursunun sabit qalması iqtisadiyyatın xeyrinədir: "Dayanıqlı inkişaf üçün sərt pul-kredit siyasəti bizim əsas strategiyamızdır. Milli valyutanın ucuzlaşması əhalinin sosial vəziyyətinə ziyan edə bilər. Ərzaq, xidmət sektoru, daşınmaz əmlak bahalaşa bilər. Neftin qiymətinin ucuzlaşması manata təzyiqlər edir. Hökumət sığortalamaq üçün müəyyən addımlar atacaq".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dollar kəllə-çarxa çıxacaq

    Dollar kəllə-çarxa çıxacaq ...

    16-11-2015, 15:32

  • 
  • Mərkəzi Bankdan dollar AÇIQLAMASI

    Mərkəzi Bankdan dollar AÇIQLAMASI ...

    11-11-2015, 19:52

  • 
  • Azərbaycanda niyə dollar qıtlığı yaranıb? - BANKLAR GÜNAHKARDIR?

    Azərbaycanda niyə dollar qıtlığı yaranıb? - ...

    11-12-2016, 20:22

  • 
  • Valyuta bazarında şok

    Valyuta bazarında şok ...

    21-02-2015, 13:03

  • 
  • “Exchange”lərdə son vəziyyət – Dollar 1,6 manata satılır

    “Exchange”lərdə son vəziyyət – Dollar 1,6 manata ...

    21-12-2015, 14:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu