"Qara qızıl"ın bir barelinin qiyməti 20 dollara düşsə belə OPEC neft hasilatını azaltmayacaq".
ANS PRESS-in məlumatına görə, bunu Səudiyyə Ərərbistanı neft naziri Əli-əl-Nuyami “Middle East Economic Survey”ə müsahibəsində bildirib.
Nuyaminin sözlərinə görə, qiymət neçə olur-olsun hasilatın azaldılması birliyin marağında deyil. “Əgər qiymət 20 dollar, 40 dollar, 50 və ya 60 dollar olsa belə bunun işə aidiyyatı yoxdur”- deyə nazir bildirib.
O, qeyd edib ki, Səudiyyə Ərəbistanı nə ruslara, nə braziliyalılara, nə də ABŞ-a şist nefti istehsalçılarının bazarda onların payını götürməyə icazə verməyəcək. Buna görə də dünyada heçvaxt neftin 1 bareli 100 dollar olmaya bilər.
Əli-əl-Nuyami qeyd edib ki, Fars körfəzi ölkələrinin büdcəsi qiymətlərin ucuzlaşmasına çox uzun müddət dayana bilər. Belə ki, regionda hasilatın mayasının 1 bareli 4-5 dollar təşkil edir. Nazirin qiymətləndirməsinə görə neftin ucuzlaşmasından birinci Braziliyanın dəniz layihələri, Qərbi Afrika ölkələri və Arktika zərər çəkəcək.
Xatırladaq ki, OPEC neftin 12 ən böyük istehsalçı ölkələrini özündə birləşdirir. Bunlar Səudiyyə Ərərbistanı, Əlcəzair, Anqola, Ekvador, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qatar, BƏƏ və Venesueladır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?