Bazarlara dair pessimist şərhləri səbəbilə Doktor Qiyamət ləqəbi alan iqtisadçı Marc Faber qızılla əlaqədar proqnoz verib.
Faber, qızılın qiymətinin 2015-ci ildə 30% yüksələcəyini söyləyib. Fransa bankı “Societe General”ın Londondakı bir tədbirində çıxış edən Faber, “Qızılın 2015-də pilləli olaraq yüksələcəyinə, yəni 30% dəyər qazanacağı barədə optimistəm” deyib.
Qızılın unsiyası 1900 dolları aşaraq tarixi zirvəsini gördüyü 2011-ci ilin Sentyabr ayından bu yana 35% ucuzlaşıb. Qızıl son illərin ən pis sərmayə vasitələrindən biri olaraq göstərilir. 2014-cü ili 1,5% dəyər itirməsilə bağlayan qiymətli metal, 2013-ü 28% dəyər itkisilə bağlamışdı. Qızıl 2015-ci ilin ötən dövründə neftin ucuzlaşmasının təsirilə 4,1 bahalaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?