GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanda qızıl da bahalaşdı: Proqnozlar xoşagəlməz məzmun daşıyır - FOTOLAR

Azərbaycanda qızıl da bahalaşdı: Proqnozlar xoşagəlməz məzmun daşıyır - FOTOLAR

Tarix: 16-01-2015, 21:41 Bölmə :İqtisadiyyat Baxış: 0
Azərbaycanda qızıl da bahalaşdı: Proqnozlar xoşagəlməz məzmun daşıyır - FOTOLAR

Ekspertlər sərmayə qoyuluşunun artırılmasına diqqət olunmasını təklif edirlər

Azərbaycanda qızıl məmulatları bahalaşıb. Belə ki, paytaxt Bakının böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir. Lent.az-ın məlumatına görə, satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.

Qeyd edək ki, iqtisadçılar da qızılın bahalaşmasını qaçılmaz hesab edirlər. Buna əsas səbəb dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı, bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.

Azərbaycanda qızıl da bahalaşdı: Proqnozlar xoşagəlməz məzmun daşıyır - FOTOLAR

İqtisadçı Samir Əliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, qızılın bahalaşması davam edəcək: “Azərbaycanda qızılın bahalaşması vergi qanunvericiliyinə edilmiş dəyişikliklə bağlıdır. Əsas vergi yükünün nə qədər artması deyil. İstənilən artım xəbəri bazara mənfi təsir göstərir və qiymətləri artırır. Eyni zamanda, dünya bazarlarında da qiymətlər artır. Ötən il qızılın qiyməti ilboyu kəskin dəyişsə də, ilin sonuna ilin əvvəlindəki həddə düşdü. Bu il isə qızılın qiyməti əhəmiyyətli artım nümayiş etdirir. İlin əvvəlinə 1206 dollardan başlayan qiymət hazırda 1256 dollara qədər artıb. Proseslər bahalaşmanın davam edəcəyini göstərir. Həm vergi, həm də bazarlarda qızılın bahalaşması ölkədə qızılın dəyərinin artmasını şərtləndirir. Çünki Azərbaycanda qızıl, xüsusən də ziynət təyinatlı məmulatlar istehsal olunmur. Biz idxaldan, deməli, dünya bazarındakı qiymətlərdən asılıyıq. Yanvarın ilk yarısında qızıl 4 faizə qədər bahalaşıb. Proqnozlar artımın davam edəcəyini göstərir. Deməli, Azərbaycanda ucuzlaşmanı gözləmək olmaz”.

Azərbaycanda qızıl da bahalaşdı: Proqnozlar xoşagəlməz məzmun daşıyır - FOTOLAR

İqtisadçı Qubad İbadoğlu isə məsələ ilə bağlı deyib ki, qızıl hazırda Azərbaycanın daxili bazarında sürətlə bahalaşır: “Əldə olunun məlumatlara gözə, qiymətlərin artım səviyyəsi son 1 ayda 20-30 faiz səviyyəsində olub. Bu dəyişikliyi şərtləndirən səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar.

Birincisi, Azərbaycanda əhalinin əmanətlərindən gələn gəlirlərin bu ildən başlayaraq, vergiyə cəlb edilməsi ikili effekt yaradır. Bir tərəfdən, ilbəil aşağı düşən faiz gəlirləri ilə yanaşı, əldə edilən gəlirlərin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də, milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji təsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. Eyni zamanda, əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir. Bu halda əhalinin əlində cəmləşmiş sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır. Bu halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri əmlak bazarıdır ki, bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkinci bazar isə, qızıl bazarıdır ki, orada əksinə qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə dünya bazarında bu ildən başlayaraq, qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarında ötən ilin sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib”.

Ekspertin sözlərinə görə, hazırda 1 troya unsiyası qızılın qiyməti 1257 ABŞ dollarıdır ki, bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır: “Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları üçün aksiz dərəcələrinin qaldırılmasıdır. Bütün bunlar da qızıl bazarda qiymətlərin daha yüksək sürətlə artımına gətirib”.

Azərbaycanda qızıl da bahalaşdı: Proqnozlar xoşagəlməz məzmun daşıyır - FOTOLAR

kspert Vüqar Bayramov isə qeyd edib ki, ölkədə qızılın qiymətində artımların olması gözləniləndir: “Qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb. Qiymətli daş-qaşın qramının qiyməti yüksələrək, son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarıq həddi yenidən keçib. İndi dünya bazarında qızılın 1 qramı 40,65 dollara, unsiyası isə 1265 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb. Qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylarda bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər. 24,7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181,9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7,23 ton qızıl alaraq, öz ehtiyatlarını 1113 tona yüksəldib”.

Ekspertin sözlərinə görə, 2012-2014-cü illərdə qızılın dünya bazarında qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb: “Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır.

Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da, hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır”.

Röya RƏFİYEVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qızılın qiyməti bahalaşacaqmı?-Toy edənlərin diqqətinə!

    Qızılın qiyməti bahalaşacaqmı?-Toy edənlərin ...

    16-01-2015, 21:01

  • 
  • Qızılın qiyməti kəskin artıb

    Qızılın qiyməti kəskin artıb ...

    28-12-2015, 13:59

  • 
  • Qızılın qiyməti ucuzlaşdı

    Qızılın qiyməti ucuzlaşdı ...

    16-12-2014, 11:27

  • 
  • Qızılı olanlara şad xəbər - Qiymət rekord vurdu

    Qızılı olanlara şad xəbər - Qiymət rekord vurdu ...

    13-03-2025, 23:47

  • 
  • Dünya bazarında qızılın qiyməti yenidən bahalaşdı

    Dünya bazarında qızılın qiyməti yenidən bahalaşdı ...

    16-01-2016, 12:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu