GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Manatı xilas etmək mümkün olacaqmı? - Ekspertlərdən açıqlamalar

Manatı xilas etmək mümkün olacaqmı? - Ekspertlərdən açıqlamalar

Tarix: 8-04-2015, 19:22 Bölmə :İqtisadiyyat Baxış: 0
Manatı xilas etmək mümkün olacaqmı? - Ekspertlərdən açıqlamalar

Samir Əliyev: “Növbəti aylarda da manatın yumşaq devalvasiyası davam edəcək, kəskin devalvasiya isə gözlənilmir”

İlham Şaban: “İlin sonuna qədər iqtisadiyyatın bütün sahələrində dollarlaşma prosesi gedəcək”

Manat yenidən ucuzlaşdı. Bu gün Azərbaycanda dolların rəsmi məzənnəsi 0,2% bahalaşaraq, 1,0517 manat səviyyəsinə qalxdı. Xatırladaq ki, ötən gün ölkəmizdə dolların rəsmi məzənnəsi 1.0496 manat təşkil edirdi. Avro isə manata nəzərən ucuzlaşaraq, 1,1399 (1.1482) manat olub.

Dolların cüzi bahalaşmasi valyuta bazarında yenidən ajiotaja səbəb oldu. Mətbuatda valyutadəyişmə məntəqələrinin müvəqqəti olaraq, fəaliyyətlərini dayandırması haqqında xəbərlər yer aldı. Hazırda insanları ən çox narahat edən sual bundan sonra manatın taleyinin necə olacağıdır.

İqtisadçı ekspert Samir Əliyev musavat.com-a bildirdi ki, növbəti aylarda da manatın yumşaq devalvasiyası davam edəcək: “Bu, gözlənilən bir məsələ idi. Ekspertlər də bu haqda proqnozlar vermişdi. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da açıqlama vermişdi ki, “Biz idarə olunan üzən məzənnəyə keçirik, manatın məzənnəsi neftin qiymətinə adaptasiya olunacaq”. Artıq bu açıqlamalardan görünürdü ki, manatın qiyməti vəziyyətdən asılı olaraq, dəyişməkdə davam edəcək. Bununla hökumət yumşaq devalvasiyaya gedəcəyini etiraf etdi. Bu gün biz diqqət yetirsək, manatın rəsmi məzənnəsi 1 dollar -1,0496 manatdan, 1,0517-yə qədər bahalaşdı. Hazırda valyutadəyişmə məntəqələrində də buna uyğun kurslar müəyyən edirlər. Bazarda ajiotaj var. Mərkəzi Bank ictimaiyyətlə, mətbuatla işi düzgün qurmadığından belə şayiələr getdikcə artır. Hazırki dövrdə Mərkəzi Bank ictimaiyyətə maksimum açıq işləməlidir. Burada Mərkəzi Bankın üzərinə çox böyük məsuliyyət düşür”.

Bundan sonra nə baş verəcəyinə gəlincə, S. Əliyev kəskin devalvasiyanın gözlənilmədiyini bildirdi: “Fevral ayındakı kimi kəskin devalvasiya gözlənilmir. Birdən-birə 20-30 % ucuzlaşma olmayacaq. Cüzi olaraq yumşalma gedəcək. Təkcə, aprel aynda manat dollara nisbətdə 0,3 faiz ucuzlaşıb. Bu, gündəlik olaraq, davam edəcək. Bu gün 0,012 qəpik ucuzlaşma oldu, növbəti günlərdə də bu cür olacaq. İlin sonuna qədər fors-major hadisə baş verməsə, kəskin devalvasiya olmayacaq”.

İqtisadçı ekspertin fikrincə, büdcədə ciddi ixtisarlar da ola bilər: “Gözləntilərdən biri də odur ki, hökumət gələn aydan büdcəyə yenidən baxa bilər və xərcləri müəyyən qədər ixtisar edə bilər. Büdcənin icrası üçün bu gün neftin qiyməti ən önəmli amildir. Hökumət bu cür devalvasiyadan sonra büdcə xərclərini azaltmaqla, gərginliyi yumşalda bilər”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban isə musavat.com-a açıqlamasında hökumətin neftin ucuzlaşmasından sonra həyata keçirdiyi siyasəti tənqid edərək, bunun manatın devalvasiyası prosesini gücləndirəcəyini vurğuladı: “Ölkə iqtisadiyyatında elə də böyük bir ajiotaj yoxdur. Elman Rüstəmov Milli Məclisdə çıxışında faktiki olaraq, bu anonsu vermişdi. Azərbaycanın bu durumunu regiondakı neftdən asılı olan digər ölkələrlə müqayisə etmək lazımdır. Rusiyada, Qazaxıstanda, Türkmənistanda da milli valyutanın devalvasiyası baş verdi. Ancaq Rusiya bu prosesdən çıxış yolu tapdı və hazırda devalvasiyadan sonra milli valyutanın möhkəmlənməsi prosesi gedir. Bunun birinci səbəbi odur ki, neftin qiymətində müəyyən artım var. Neftin bir bareli 59 dollara qalxıb. İkincisi, Rusiya antiböhran tədbirlərinə başlayıb, ilin əvvəlindən etibarən xaricdən idxal edilən məhsulların bir qismini öz daxilində istehsal edir. Digər tərəfdən, sanksiyalarla əlaqədar olaraq, xaricdən Rusiyaya gətirilən məhsullara qadağa qoyulub. Üçüncü bir faktor isə ondan ibarətdir ki, insanların əlində pul az olduğundan valyutaya ehtiyac yaranır. Əgər idxaldan asılılıq azalırsa, istər hüquqi, istərsə də fiziki şəxslərdə xarici valyutaya ehtiyac qalmır. Bu da milli valyutaya xarici təsirin yükünü azaldır. Nəticədə milli valyutanın məzənnəsinin artması baş verdi. Azərbaycana gəldikdə isə, cari ilin ilk ayında belə bir proses yox idi. Mərkəzi Bank 1,230 mlrd manat vəsait xərclədi ki, manatın məzənnəsini stabil saxlasın. Növbəti aylarda da böyük bir vəsait xərcləndi”.

İlham Şaban ölkənin idxaldan asılılığının həddindən artıq çox olmasının manatın taleyinə də təsir edəcəyini qeyd etdi: “Azərbaycan idxaldan çox güclü asılılığı olan bir ölkədir və bu asılılıq davam edir. Ötən ilin iyun ayının 17-dən neftin qiymətinin aşağı düşməsi başladı. Hökumət isə heç bir proqnoz vermədi. Ümid edirdilər ki, neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır. Ancaq digər tərəfdən, də neft hasilatı azalır. Bizim vəziyyətimizi qonşu Rusiyadan, Qazaxıstandan, Türkmənistandan və İrandan daha problemli edən odur ki, onların gələcəkdə hasilatının artması gözlənilir. Bizdə isə yaxın 5 ildə hasilat azalır. Bu il proqnozlara görə, təxminən 45 milyon ton neft istehsal edəcəyik. Ancaq 2020-ci ildə ən yaxşı proqnoza görə, hasilatımız 7 milyon ton azalacaq. Yəni hasilat ildən-ilə azalır. Bunun obyektiv səbəbləri var, çünki yataqlarımız köhnəlir. Manatın arxasında Elman Rüstəmovun da qeyd etdiyi kimi, neft dururdu. Azərbaycan neftinin 130-140 dollar olan vaxtları olub, indi isə 55 dollara düşüb. Bu situasiyanı hökumət nəzərə almalı idi. Qeyri-neft sektorunda nefti dəyər vasitəsilə əvəz edə biləcək istehsal sahələri yaranmalı idi. Hazırda Azərbaycanın ixrac etdiyi məhsulların 92 faizi enerji sektorunun payına düşür, yəni neft və neft məhsullarının... Bunu əvəz edə biləcək məhsul yoxdur. Hökumət bunun üzərində işləməlidir ki, qeyri-neft sektorundan nə ortaya çıxarmaq olar. 2013-cü ildə idxala 8 milyard manat vəsait xərclənib. Ötən ilin rəqəmləri isə hələ açıqlanmayıb. Azərbaycan bu idxalı hansı miqdarda yerli məhsulla əvəzləyə bilər, hansı sahələrdə istehsalı artıra bilər?”

İqtisadçının proqnozlarına görə, manatın tam üzən məzənnəyə keçməsi də istisna deyil: “Mərkəzi Bankın ehtiyatları çatmadığından manat öz axarına buraxılacaq ki, məzənnəni bazar müəyyənləşdirsin. Bu isə o deməkdir ki, artıq manatın kursunun hər həftə, hər ay dəyişməsinin şahidi ola bilərik. Ancaq bunun maksimum və ya minimum nə qədər olacağını demək çətindir”.

Devalvasiyanın hər mərhələsində cəmiyyətdə yaranan ajiotajın səbəbini izah edən iqtisadçı bildirdi ki, hökumət cəmiyyətlə informasiya siyasətini düzgün qurmayıb: “Cəmiyyətlə hökumət arasında qarşılıqlı inam yoxdur. Məsələn , Rusiyada hökumət həftədə bir neçə dəfə toplanır və bu, bütün televiziyalarda nümayiş etdirilir. Ancaq bizdə rüb ərzində bircə dəfə prezidentin yanında iclas keçirilib. Hətta devalvasiya olan zaman da heç bir hökumət nümayəndəsi ictimaiyyət qarşısına çıxmır. Maliyyə naziri, onun müavinləri, baş nazir, baş nazirin müavini, iqtisadiyyat və sənaye naziri mütəmadi olaraq, mətbuata çıxmalı idilər. İctimaiyyətə dəqiq rəqəmlər açıqlanmalı idi. Ancaq indi insanların milli valyutaya inamı yoxdur. Bu da xarici valyutanın milli valyutaya təzyiqini gücləndirir. Bu, ona gətirib çıxaracaq ki, ilin sonuna qədər iqtisadiyyatın bütün sahələrində dollarlaşma prosesi gedəcək. Bununla da biz dayanıqsız iqtisadiyyat mərhələsinə qədəm qoyuruq”.

Nərgiz Liftiyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Manatın bu günə olan məzənnəsi

    Manatın bu günə olan məzənnəsi ...

    29-09-2015, 10:33

  • 
  • Manatın məzənnəsi dəyişdi

    Manatın məzənnəsi dəyişdi ...

    4-11-2015, 10:59

  • 
  • ABŞ-ın dolların bahalaşması barədə qərarı manata necə təsir edəcək?

    ABŞ-ın dolların bahalaşması barədə qərarı manata ...

    17-12-2015, 14:34

  • 
  • Dollar ucuzlaşdı, avro bahalaşdı – Məzənnə

    Dollar ucuzlaşdı, avro bahalaşdı – Məzənnə ...

    22-05-2015, 13:20

  • 
  • Dolların sabaha olan məzənnəsi açıqlandı - RƏSMİ

    Dolların sabaha olan məzənnəsi açıqlandı - RƏSMİ ...

    14-08-2017, 17:38


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu