Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1365-dən 1.1476-ya kimi yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə cüzi ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları dünən 1,0499 manat idi. Bu gün isə günə 1.0495-dən başlayıb.
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0185-dən 0.0184-ə kimi ucuzlaşıb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?