GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Oliqarxların işğal etdiyi İsmayıllı

Oliqarxların işğal etdiyi İsmayıllı

Tarix: 12-02-2013, 10:34 Bölmə :İqtisadiyyat Baxış: 2 698
Oliqarxların işğal etdiyi İsmayıllı

Nəqliyyat naziri Ziya Məmmədovun, onun deputat qardaşı Elton Məmmədovun,
Ədliyyə naziri Fikrət Məmmədovun, Qubanın icra başçısı Mübariz Ağayevin,
Füzuli Ələkbərovun müavini olmuş Nəbi adlı şəxsin villaları İvanovkada ucaldılıb


Basqalda Daxili işlər naziri Ramil Usubov, Təhsil naziri Misir Mərdanov, Nəqliyyat naziri Ziya Məmmədov, Qafqazın şeyxi Allahşükür Paşazadə, Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsərov, AZAL-ın prezidenti Cahangir Əsgərov, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova, xalq şairi Zəlimxan Yaqub imarət tikiib

Rayonun Çayqovuşankənd adlanan qəsəbəsində burada Füzuli Ələkbərovun, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, Milli təhülkəsizlik nazirinin müavini Hilal Əsədovun malikanələri var


Quba olayından bir il ötməmiş İsmayıllıda da eyni hadisə baş verdi. Hər iki üsyanın arxasında söyüş, yerli sakinlərin ünvanına təhqir dayandığı üçün insanlar ayağa qalxmalı oldular və nəticə də... Nəticə göz önündədir.
Onu da qeyd etməliyik hər iki rayonun sakinləri təkcə söyüşə görə ayağa qalxmamışdılar. Onlar həm də məmur-oliqarx özbaşınalığından bezərək etiraz edirdilər. Təsadüfü deyil ki, istər Qubada, istərsə də İsmayıllıda üsyan edən, villalar, hotel, xarici avtomobilləri yandıran əhali çıxışılarında icra hakimiyyətinin başçısının üzr istəməsini, istefa verməsini və bununla yanaşı yerli əhali üçün iş yerlərinin açılmasını tələb edirdilər.

İsmayıllıların heç bir problemi yoxdur?
Oliqarxların işğal etdiyi İsmayıllı

Ancaq təəssüf ki, onların istəkləri yerinə yetrilmədi. Əksinə, Qubada olduğu kimi İsmayıllıda da etiraz edənlər həbs olundu və onlara polis idarələrində min cürə işgəncələr verildi. Bu azmış kimi günlərlə polis qüvvələri – Çevik Polis Alayının Əməkdaşları (ÇPA), Daxil Qoşunların nümayəndələri İsmayıllıda və ona qonşu olan rayonlar da yerləşdirildi. Düzdür, hazırda İsmayıllıda polis qüvvələri olmasa da, Qəbələdə, Şamaxıda çoxlu sayda ÇPA əməkdaşları var.
Onlar sakinlərlə söhbət edir, ağızlarını arayırlar, bundan sonra baş verə biləcək olaylarını qarşısını almağa çalışırlar. Ancaq icra başçısı Nizami Ələkbərov məlum olaydan sonra bircə dəfə də olsun insanların qarşısını çıxıb onlarla maralanmayıb. Əksinə, mediaya müsahibə verərək olayı törədənləri bağışladığını, etiraz edənlərin isə 150-200 nəfərdən artıq olmadığını dedi. Bu azmış kimi bildirdi ki, rayonda insanların heç bir problemi yoxdur. Ancaq rayonda bircə dəfə olanlar bilir ki, İsmayıllıda problemlər dizə qədərdir. Onların həll edilməsi isə məmurları, hakimiyyəti maraqlandırmır.
Keçək rayonun problemlərinə. İsmayıllı da orta aylıq maaş 221 manatdır, halbuki Bakıda bu rəqəm 517,2 manat təşkil edir. Rəsmi məlumatlara görə işsizlər 3%-dən azdır, əslində işsizlik təkcə qonşu rayon olan Qəbələdən 4 dəfə çoxdur. Rayon sakinləri işsizlik üzündən ya Rusiyaya gedir, ya da paytaxta üz tuturlar. Rayonda fəaliyyət göstərən bircə dənə də olsun strateji obyektin rəhbəri yerli sakin deyil. Bütün dövlət obyektlərinin rəhbərləri gəlmələr, ya da icra başçısının nazir qardaşı olan Füzuli Ələkbərovun adamlarıdır.

İvanovkada hansı məmurlar özlərinə imarət ucaldıblar?
Oliqarxların işğal etdiyi İsmayıllı

İsmayıllı rayonu dağlıq ərazidir. Yəni, buranın kəndləri mal-qara üçün çox əlverişlidir. Yerli əhali təkcə maldarlıqla özünü yaşada bilər. Di gəl, buna imkan vermirlər. Bütün sahələr inhisara alındığı kimi İsmayıllının dağlıq əraziləri də məmur-oliqarxlar tərəfindən zəbt olunub.
Rayonun İvanovka kəndində Əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovun və iсra başçısı Nizami Ələkbərovun 10-dan çox malikanəsi var. Nazir və qardaşı kolxozçuların evlərini ələ keçirərək özünə göz oxşayan imarətlər ucaldıb. Bu kənd ölkədə yeganə ünvandır ki, Sovetdən qalma kolxoz təsərrüfatı hələ də burada mövcuddur. Ancaq bu sürətlə davam edərsə yaxın gələcək hamısı məhv ediləcək. Çünki Ələkbərovlarla yanaşı başqa məmur-oliqarxlar da buranı əraziləri zəbt edərək özlərinə göz oxşayan malikanələr tikirlər. Nəticədə yerli əhalinin əkinə yararlı torpaqları məhv olur.
İsmayıllı Ələkbərovların kurasıyasında olsa da ancaq bu o demək deyil ki, buradakı bütün imarətlər bu iki qardaşındır. İsmayıllını gözəl təbiəti imkan vermir ki, ölkə məmurları öz nəfslərinə hakim kəsilsinlər. Məhz buna görə də Nəqliyyat naziri Ziya Məmmədovun, onun deputat qardaşı Elton Məmmədovun, Ədliyyə naziri Fikrət Məmmədovun, Qubanın icra başçısı Mübariz Ağayevin, Füzuli Ələkbərovun müavini olmuş Nəbi adlı şəxsin villaları İvanovkada ucaldılıb.
İvanovkada elə yerləri nazir işğal edib ki, bu ərazilər əvvəllər sakinlərin gəzinti yeri oluib. İndi Füzuli Ələkbərov dəbdəbəli villa tikdikdən sonra həmin ərazilərə heç kim buraxılmır. İmarətin ərazisi kifayət qədər böyükdür: dağ, dərə və dağın arxasında düzəngah. Tikanlı məftillərlə əhatələnən və mühafizə olunan villaya yaxın düşmək isə mümkün deyil.
Onu da qeyd edək ki, bu ərazilər hasara alınıb, tikinti işlərinə başlanılanda ivanovkalılara deyilib ki, mehmanxana tikiləcək. Ancaq bir müddət sonra mehmanxana adlandırılan yerdə villa görəndə hər şeyin yalan olduğunu duyublar.
İvanovkanın əhalisi kəndə olan problemlərlə bağlı dəfələrlə rayon icra hakimiyyətinə, paytaxta üz tutsalar da, Prezident Administrasiyasına şikayət etsələr də heç nə əldə olunmayıb.

Basqal necə işğal olunub?
Oliqarxların işğal etdiyi İsmayıllı

Zəbt olunmuş ərazilərin siyahısında İsmayıllının Basqal kəndinin də adı keçir. Basqal da Daxili işlər naziri Ramil Usubov, Təhsil naziri Misir Mərdanov, Nəqliyyat naziri Ziya Məmmədov, Qafqazın şeyxi Allahşükür Paşazadə, Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsərov, AZAL-ın prezidenti Cahangir Əsgərov, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova, Diplomat Akademiyasının rektoru Hafiz Paşayev, xalq şairi Zəlimxan Yaqub və başqa məmurların imarətləri ucaldılıb. Burada villalar o qədər sıxdır ki, son illər Basqala gələn turistlərin sayı azalıb. Səbəb isə odur ki, bütün istirahət obyektləri ələ keçirilib. Bu və ya digər dərəcədə özəlləşdirilib. Ərazilər satın alınıb, buna görə də sözügedən kəndə artıq maraq qalmayıb. Çünki turist bir yerə gəlirsə həmin ünvanı qarış-qarış gəzmək istəyir. Basqalda isə qarış-qarış gəzməyə yer qoymayıblar. Sadəcə bir-iki mehmanxana var ki, orada istirahət etməklə heç nə əldə etmək olmaz.
Bu kənd demək olar ki, başdan-başa mühasirədədir. Kəndə ayaq basan istənilən yad adam o dəqiqə nəzarətə alınır. Bütün villalar təhlükəsizlik kameralarıyla əhatələnib. Yuxarıda adlarını qeyd etdiyimiz məmurlar ilin bütün fəsillərində malikanələrinə gələrək istirahət edirlər, dağlar qoynunda ov ovlayırlar. Bu zaman Basqal kəndi tamamilə ciddi nəzarətə götürülür.
Basqalda Ziya Məmmədova məxsus istirahət məkanı var ki, burada qiymətlər od tutub yanır. Bu, tikilinin inşasını xaricdən gətirilən işçi qrupu hesabına tamamlayıblar. Bir sözlə burada tikilən bütün obyekt və imarətlərin ucaldılmasında nə kəndin sakinləri, nəd rayon camaatı iştirak edib.
Bundan başqa kənddə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hektarlarla torpaq sahəsi, üzüm bağları var. Baxmayaraq ki, Füzuli Ələkbərov üzüm bağlarını ələ keçirmək üçün uzun illər “fövqəlnazir”lə çəkişib, ancaq sonda məğlub duruma düşüb. Yəni, Kəmaləddin Heydərov öz biznes imperiyasını sona qədər qorumağı bacarıb.

Buynuzda kimlərin imarətləri var?

İsmayıllının Buynuz kəndi də rayonun zəbt olunmuş qəsəbələri sırasına daxildir. Burada şair Baba Vəziroğlunun, rayonun polis rəisi Nizami Qocayevin, Səbayel rayon polis idarəsinin rəisinin villaları var.
Bu kənd o biri kəndlər kimi hələ də başdan-başa zəbt olunmasa da, yaxın illər ərzində tamamilə malikanələrlə əhatələnəcəyi göz qarşısındadır.
Rayonun Çayqovuşankənd adlanan qəsəbəsində də məmurlar özlərinə villalar tikməyi bacarıblar. Belə ki, burada Füzuli Ələkbərovun, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, Milli təhülkəsizlik nazirinin müavini Hilal Əsədovun malikanələri ucaldılıb.
İsmayıllının Talıstan kəndi isə o biri qəsəbələrə nisbətən az ələ keçirilib. Belə ki, burada Ələkbərovlar qardaşlarına məxsus bir hotel, digər nazirlərə aid isə bir neçə malikanə var.
Rayonun Vələsin yaylağı adlanan ünvanda Füzuli Ələkbərovun daha bir böyük imarət var ki, ilin çox vaxtını burada keçirir. Buradan ova gedən nazir və onun yaxınları bu imarətə gəlmək üçün vertolyotdan istifadə edir.
Dağlarla əhatələnən Lahıc kəndi də məmurların istirahət guşələrindən biridir. Baxmayaraq ki, bura hələ turistlər üçün açıq hava rolunu onaya bilir. Ancaq inşa edilən bir neçə imarətlərdən sonra yəin ki, yaxın gələcəkdə kəndin qapalı zonaya çevrilməsinə şərait yaradılcaq.

Ələkbərovların İsmayıllı biznesi...

İsmayıllıda tikilən obyektlərin çoxu isə Ələkbərovlara məxsusdur. Belə ki, İvanovkada çörək sexi, rayonun mərkəzinə yaxın ərazidə tikilən kərpic zavodu nazirin kurasiyasındadır.
Füzuli Ələkbərovun Məmmədağlı kəndində xaricdən gətirdiyi xarici cins heyvanları bəsləyən ferması var. Fermaya görə yaxınlıqda yaşayan bütün insanlar evlərindən didərgin salınıblar. Onlar ya kəndin lap ucqar nöqtələrinə üz tutublar, ya da baş alıb rayonu tərk ediblər.
Onu da qeyd etmək yerinə düşər ki, məmur-oliqarxlar malikanələr tikmək üçün ərzazidə yaşayan sakinləri köçürəndə onlara yaxşı kompensasiya da verirlər. Məsələn, İvanovkada bir mənzil sahibinə 70-80 min manat pul ödənilir. Bu rəqəm kəndlər arasında dəyişir. Elə qəsəbə var ki, orada sakinlərə daha çox pul ödənilir. Ancaq bütün kompensasiya məsələsini məmurlara aid etmək olmaz. Elə imarətlər var ki, onların tikintisi vətəndaşların göz yaşları hesabına başa gəlib. Belə ki, özünə imarət ucaltdıran məmur mənzil sahibinə 10-15 min manat pul, qəsəbənin ucqar yerində yer ayıramaqla kifayətlənməli olub.

Kiçik sözardı...

İsmayıllıda baş verən üsyanın bir səbəbi də budur. Məmur-oliqarxlar özlərinə imarət ucaldırlar, biznes imperiyalarını genişləndirirlər, yerli sakinlər isə hər şeydən məhrum edirlər. Etirazların kökündə təkcə söyüşlər, təhqirlər yox, həm də bu cür özbaşınalıqlar dayanır...
Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Aynar Məmmədov dindirildi

    Aynar Məmmədov dindirildi ...

    22-05-2014, 10:34

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45

  • 
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35

  • 
  • İqtidardakı qudaların sayı artır

    İqtidardakı qudaların sayı artır ...

    25-10-2013, 10:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2025 (590)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu