gundemxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik" adlı sənədində bildirilir.
Bank bildirir ki, bundan sonra kredit təşkilatı kredit almaq üçün müraciət edən istehlakçıdan ödəmə qabiliyyətinin və təyinata uyğunluğun qiymətləndirilməsi üçün zəruri məlumatları toplamalıdır.
"Kredit təşkilatı ən azı aşağıdakı məlumatları müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) toplamalıdır:
- Gəlirin məbləği və mənbəyi;
- öhdəlikləri və xərcləri;
- kredit tarixçəsi;
- kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi;
- istehlakçının yaşı və himayəsində olan şəxslərin sayı;
- gələcəkdə müştərinin maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklər;
- əldə olunacaq kreditin digər borclara yönəldiləcək hissəsi.
Bundan əlavə, sənəddə bildirilir ki, istehlakçının borcları 50%-i keçərsə, həmin şəxslərə kredit verilməyəcək.
Xatırladaq ki, AMB onu da vurğulayır ki, kredit təşkilatı müştərinin müraciəti və istəyi olmadan kredit məhsullarını müştəriyə satmamalı və satış prosesi yalnız kredit təşkilatı və onun filialının hüquqi ünvanında həyata keçirilməlidir.
Kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?