GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Manatın taleyinə təhlükə var? - EKSPERT RƏYİ

Manatın taleyinə təhlükə var? - EKSPERT RƏYİ

Tarix: 13-11-2015, 17:41 Bölmə :İqtisadiyyat Baxış: 0
Manatın taleyinə təhlükə var? - EKSPERT RƏYİ

Manatın məzənnəsi yenə də gündəmin əsas mövzularından birinə çevrilib. Ortada yenə müxtəlif hesablamalar, proqnozlar var. Bəziləri iddia edirlər ki, manat ciddi təhlükə ilə üzləşib və hər ötən gün onu növbəti devalvasiyaya yaxınlaşdırır. Bax elə bütün bunların nəticəsidir ki, son günlər vətəndaşların "Manat doğrudanmı təhlükədədir?", "Mətbuatda aparılan diskussiyaların kökü haradan qaynaqlanır?", "Manatın növbəti devalvasiyası nə qədər realdır?" kimi sualları ilə qarşılaşırıq. Bu yazıda da məhz qeyd olunan suallara cavab verməyə çalışacağıq.

Gəlin əvvəlcə bir qədər geriyə - bi ilin fevral ayının 21-nə qayıdaq. Məhz həmin gün manatın 34% ucuzlaşmasına səbəb olmuş devalvasiya hadisəsi baş verdi. Tam əminliklə deyə bilərik ki, bu gün manatın məzənnəsilə bağlı aparılan bütün spekulyativ söhbətlər məhz həmin hadisədən qaynaqlanır. Yada salırıq: Devalvasiya hadisəsindən əvvəl ölkədə bütün səviyyələrdən olan ekspertlər, mütəxəssislər və hətta müxalif mövqedə dayanan iqtisadçılar kəskin devalvasiyaya heç bir əsas olmadığını yazırdılar. Doğrudan da real olanı da bu idi. Yalnız radikal siyasi mövqedə dayanıb bir qayda olaraq hökumətin atdığı müsbət addımlara kölgə salmağa çalışan, hər şeyi qara rəngdə görən və tamamilə siyasiləşmiş iqtisadi yazarlar əsassız çağırışlarla əhali arasında panika yaratmağa cəhd edirdilər.

Sağlam düşüncəli ekspertlərin, mütəxəssislərin və peşəkarların verdikləri bəyanatlar əhalinin böyük əksəriyyəti tərəfindən qəbul edilsə də, təəssüflər olsun ki, təsir altına düşüb təxribat xarakterli çağırışlara boyun əyənlər də oldu. O zaman bir çoxlarına belə gəldi ki, devalvasiya hadisəsi əhalinin müəyyən kəsiminin yersiz çağırışlara uyaraq kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutması səbəbindən baş verdi. Təbii ki, baş vermiş hadisədə bu faktın rolu az olmadı. Buna görə də biz həmin dövrdə yersiz çağırışlarla əhalini çaşdırmağa cəhd edənlər barəsində müvafiq qurumların zəruri tədbirlər görməsi təklifi ilə də çıxışlar etdik.

Vətəndaşlarımız birmənalı şəkildə bilməlidirlər ki, bu gün manatın taleyi heç də bəzilərinin iddia etdiyi kimi, təhlükə qarşısında deyil. Bu gün manatın arxasında təkcə bizim özümüzün deyil, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu maliyyə institutlarının da etiraf etdiyi və bütün dünyanı bürüyən iqtisadi tənəzzül şəraitində illik 4% artımı olan güclü iqtisadiyyat durur. Dünya Bankı manatı MDB məkanında ən etibarlı valyuta hesab edib. Bunun da səbəbləri var. Ən əsas səbəblərdən biri budur ki, 10 ildən artıqdır Azərbaycan iqtisadiyyatı və onun qeyri-neft sektoru xüsusi dövlət proqramları çərçivəsində yüksələn xətlə inkişaf edir.

Ölkədə sahibkarlığın inkişafına dövlət səviyyəsində ciddi dəstək verilir. Ölkə başçısı bu sektorun inkişafına mane olan bütün süni əngəllərin aradan qaldırılması yolunda qətiyyətli addımlar atır. Nəticələr göz qabağındadır. Son 5 ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 50%-dən 70%-ə yüksəlmiş, bu sektordan ixracın həcmi 60%-dən çox artmışdır. Yaxın perspektivdə bu sektordan ixracın daha böyük sürətlə artacağı gözlənilir. Deməli, bu hesaba ölkəyə valyuta axını da xeyli artacaqdır. Bundan başqa, bu gün Azərbaycan dövlətinin real valyuta ehtiyatları 42 milyard dollardır və bu, bütün beynəlxalq qaydalarla müəyyən edilmiş minimal normadan 20 dəfədən də çoxdur. Bundan başqa, Azərbaycanın aktivləri və kapitalının həcmi 35 milyard dolları ötən Neft Şirkəti kimi nəhəng bir dövlət kompaniyası var. Azərbaycanın dövlət büdcəsinin gəlirləri neftdən daxilolmalar nəzərə alınmadan belə Gürcüstan və Ermənistanın büdcəsinin cəmindən böyükdür.

Yeri gəlmişkən, bu iki qonşu ölkənin valyuta ehtiyatları birlikdə 3 milyard dolları ötmür. Qoy indi hörmətli oxucularımız bütün bu sadaladığımız həqiqətləri bildikdən sonra özlərinə sual versinlər: Manatın arxasında belə güclü dayaqların olduğu bir halda ona inamsız yanaşmaq olarmı? Yox, təbii, heç bir halda buna yol vermək olmaz.

Bu gün dünya iqtisadi məkanında, maliyyə bazarlarında baş verən proseslər nəticəsində manatın məzənnəsində ola biləcək hər hansı cüzi dəyişikliklər isə heç kəsi qorxutmamalıdır. Buna təbii baxmaq lazımdır. Sivil inkişaf yolu keçən, iqtisadiyyatı bazar iqtisadiyyatı prinsiplərinə söykənən ölkələrdə insanlar milli valyutalarının məzənnəsində baş verən belə cüzi dəyişiklikləri müzakirə predmetinə çevirmirlər. Çünki ona təbii bir hal kimi baxırlar. Mən vətəndaşlarımızı dövlətimizin rəmzlərindən biri olan milli valyutamıza inamla yanaşmağa çağırıram. Təxribatlara, siyasi möhtəkirlərin əsassız çağırışlarına uymamalıyıq. Dövlətimizə inamlı, iqtisadiyyatımıza güvənməli, manatımızı qorumalıyıq. Milli qürur hissimiz bizdən bunu tələb edir! Biz hamımiz böyük bir ailənin üzvüyük. Hamımızın Azərbaycan adında bir evi, bir ocağı var. Bu evin, bu ailənin yaxşı günü də bizimdir, dar günü də. Bu ocağın işığını qorumaq hamımızın borcudur.

Fikrət Yusifov - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor

Trend
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Manatın məzənnəsi - 16.11.2015

    Manatın məzənnəsi - 16.11.2015 ...

    16-11-2015, 12:36

  • 
  • Manatın məzənnəsi dəyişdi

    Manatın məzənnəsi dəyişdi ...

    4-11-2015, 10:59

  • 
  • Manatın bu günə məzənnəsi

    Manatın bu günə məzənnəsi ...

    4-02-2016, 10:52

  • 
  • Oktyabrın 10-na manatın MƏZƏNNƏSİ

    Oktyabrın 10-na manatın MƏZƏNNƏSİ ...

    9-10-2017, 17:57

  • 
  • Manatın bir dollara görə məzənnəsi 1,60 səviyyəsinə yaxınlaşır

    Manatın bir dollara görə məzənnəsi 1,60 ...

    5-08-2016, 00:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu