Bu gün noyabrın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 13-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0506 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0072 manat və ya 0,64% azalaraq 1,1262 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% azalaraq 0,0157 manat səviyyəsində qərarlaşıb (APA).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?