Bu gün günün sonunda milli valyutanın məzənnəsi sürətlə enməyə başlayıb. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, axşam saatlarında “qara” bazarda 1 dollar 1,82 manata satılıb.
Qeyd edək ki, son devalvasiyadan sonra Milli Bank 1 dolların məzənnəsini 1,55 manat həddində müəyyən edib. Lakin həmin gündən başlayaraq, ölkədə dollar defisiti yaranıb. Artıq valyuta bazarı Milli Bankın müəyyən etdiyi məzənnəyə əhəmiyyət vermir. Müşahidəçilərin fikrincə, situasiya hakimiyyətin nəzarətindən tamamilə çıxıb. Son devalvasiyadan sonra Miili Bankın müəəyyən etdiyi məzənnə ilə dollar almaq mümkün olmayıb və manatın hər gün daha çox ucuzlaşdığı müşaiyyət olunmaqdadır. Manatın rəsmi qərarla son ucuzlaşdırılmasından sonra, yerli oliqarxların öz pullarını kütləvi şəkildə ölkədən çıxardıqları bildirilir.
Bəzi proqnozlara görə dolların kursu 40 manat, hətta 400 manatadək düşə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?