Zəif, problemi olan banklar sistemdən uzaqlaşdırılmalıdır.
Adim.az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
AMB sədri qeyd edib ki, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir:
"Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi".
E.Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib:
"Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər".
Sorğu
Yeni dizaynımız necədir?