2016-cı il martın ortalarından Azərbaycandan konservləşdirilmiş məhsulların Sankt-Peterburqa tədarükü başlayacaq. Trend-in məlumatına görə, bunu Sankt-Peterburqun Sahibkarlığın və istehlak bazarının inkişafı üzrə Komitəsinin sədri Elgiz Kaçayev "Business FM Peterburq"un efirində deyib.
Onun sözlərinə görə, hazırda Bakıda olan Rusiya nümayəndə heyəti Sankt-Peterburqa tədarük ediləcək məhsulların nomenklaturasını müzakirə edir: "Söhbət badımcan kürüsü, kompotlar, nar şirəsi və çaydan gedir. Heyva və digər kənd təsərrüfatı məhsullarının tədarük perspektivlərini də müzakirə edirik. Nümayəndə heyəti artıq "Azersun Holding"də olub, sabah "Gilan Holding"in fəaliyyəti ilə tanış olmağı planlaşdırır".
E.Kaçayev qeyd edib ki, Azərbaycan məhsulu sınanmış və keyfiyyətlidir: "Azərbaycan sahibkarları da Sankt-Peterburqdan rublla məhsul almaqda maraqlıdırlar. Məqsəd valyuta risklərini minimuma endirməkdir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?