APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto deyib.
"Biz iqtisadi-ticari əlaqələri genişləndirmək üçün bir sıra ciddi addımlar atmışıq. Macarıstanın "Eximbank"ı tərəfindən biznes əlaqələrinin inkşafı üçün 200 milyon dollar həcmində kredit xətti açılıb. Bu kredit xətti iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq", - deyə P. Siyarto bildirib.
Nazir qeyd edib ki, İKT, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, sü təchizatı sahələrində əməkdaşlığı genişləndirək baxımından ölkələr arasında geniş imkanlar var.
P. Siyartonun sözlərinə görə, İran üzərindən sanksiyaların ardan qaldırılmasından sonra bu ölkədə biznes mühiti daha əlverişli olub. Nazir qeyd edib ki, Macarıstan və Azərbaycan şitkərləri İranda birgə müəssisə yarada bilərlər.
Sorğu
Yeni dizaynımız necədir?