2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 0,81 mln. barrel təşkil edəcək.
gundemxeber.az APA-ya istinadən bildirir ki, bu ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) mart ayı üzrə hesabatında deyilir.
Hesabatda qeyd edilib ki, 2017-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,8 mln. barrel səviyyəsində olacaq.
2015-ci ildə Azərbaycan sutkada 0,86 mln. barrel neft hasil edib.
Xatırladaq ki, bundan öncə EIA 2016-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,87 mln. barrel təşkil edəcəyini proqnozlaşdırıb. İdarənin 2017-ci il üzrə proqnozunda isə qeyd edilib ki, Azərbaycanda neft hasilatı sutkada 0,86 mln. barrel təşkil edəcək.
Hesabat müəllifləri qeyd edirlər ki, I və II rübdə Azərbaycan sutkada 0,8 mln. barrel, III rübdə 0,81 mln. barrel, IV rübdə isə 0,84 mln. barrel neft hasil edəcək.
Sorğu
Yeni dizaynımız necədir?