Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş "Bank of Azerbaijan" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
gundemxeber.az report-a istinadən bildirir ki, AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan "Bank of Azerbaijan" ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, bu ilin yanvar ayında AMB-nin İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilib. "Banklar haqqında" qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib. ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?