GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycandan 50 min dollardan artıq valyuta yalnız banklar və poçt vasitəsi ilə çıxarılacaq

Azərbaycandan 50 min dollardan artıq valyuta yalnız banklar və poçt vasitəsi ilə çıxarılacaq

Tarix: 17-03-2016, 21:02 Bölmə :İqtisadiyyat Baxış: 0
Azərbaycandan 50 min dollardan artıq valyuta yalnız banklar və poçt vasitəsi ilə çıxarılacaq

Mərkəzi Bank “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, yeni Qaydalar martın 16-dan qüvvəyə minib.

Bununla əlaqədar Mərkəzi Bankının İdarə Heyətinin 18 mart 2002-ci il tarixli qərarı ilə (06 nömrəli protokol) təsdiq olunmuş (02 aprel 2002-ci il tarixli 2778 nömrəli şəhadətnamə) “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları” və bu Qaydalara 18 fevral 2008-ci il tarixli (06 nömrəli protokol) dəyişikliklər (07 mart 2008-ci il tarixli 3385 nömrəli şəhadətnamə) ləğv edilib. Yeni Qaydalar rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (banklar və xarici bankların yerli filialları istisna olmaqla) tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi və Azərbaycan Respublikasından nağd şəkildə çıxarılması qaydalarını müəyyən edir. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Qeyd edək ki, indiyə qədər Qüvvədə olmuş əsasən rezidentlər tərəfindən Azərbaycan ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10 min ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən “sərnişin gömrük bəyannaməsi” ilə, 10 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” ilə rəsmiləşdirilib. Rezidentlər Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 min ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərdilər. Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına “Sərnişin gömrük bəyannaməsi” (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10 min ABŞ dolları ekvivalentinədək olduqda) və “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10 min ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməli idilər. Rezidentlər Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş 50 min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Mərkəzi Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərdilər. Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50 min ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş “Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında” bank arayışı (əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərdilər. Rezidentlər tərəfindən adambaşına 10 min ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilərdilər. Həmin məbləğdən 1000 (ABŞ dolları ekvivalentinədək gömrük rüsumu ödənilmədən, 1000 ABŞ dolları ekvivalentindən əlavə 9 min ABŞ dolları ekvivalentlinədək isə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə gömrük rüsumu ödənilməklə Azərbaycandan nağd şəkildə çıxarıla bilərdilər.

Qeyri-rezidentlər isə Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş 50 min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərdilər. Qeyri-rezidentlər əvvəllər Azərbaycana köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş “Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında” bank arayışı əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan dan nağd şəkildə çıxara bilərdilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rezident və qeyri-rezident şəxslər 20 min manatadək milli valyutanı ölkədən çıxara və gətirə bilər

    Rezident və qeyri-rezident şəxslər 20 min ...

    15-10-2018, 16:48

  • 
  • MTN-də dəyişiklik - FƏRMAN

    MTN-də dəyişiklik - FƏRMAN ...

    20-10-2015, 16:23

  • 
  • BAŞ PROKUROR YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİNİN SƏLAHİYYƏTLƏRİ ARTIRILIB

    BAŞ PROKUROR YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ...

    9-10-2018, 00:13

  • 
  • Mikayıl Cabbarovdan yeni qaydalar-ƏMRİ

    Mikayıl Cabbarovdan yeni qaydalar-ƏMRİ ...

    18-02-2014, 13:11

  • 
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu