Dünya Bankı (DB) 2016-cı il üçün neftin orta illik qiyməti ilə bağlı proqnozunu 1 barelə görə 37 dollardan 41 dollar səviyyəsinə artırıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, DB-nin məlumatına əsasən, neftin orta qiyməti ilə bağlı proqnoz bazardakı neft bolluğunun mümkün azalması və dolların zəifləməsi ilə əlaqədardır.
"Biz il ərzində enerji daşıyıcıların qiymətlərinin artacağını gözləyirik, çünki bazarlar artıq təkliflər mərhələsindən sonra artıq tarazlığı bərpa ediblər", - deyə DB-nin baş iqtisadçısı Con Baffetsin məlumatında bildirilir.
"Buna baxmayaraq, OPEK-ə üzv olan və olmayan ölkələr hasilat həcmini xeyli artıracağı təqdirdə enerji daşıyıcıların qiymətləri daha çox aşağı düşəcək", - deyə ekspert bildirib.
Qeyd edək ki, hazırda müxtəlif təşkilatlar, banklar və hökumətlər neftin orta qiyməti ilə bağlı fərqli proqnozlar verirlər. Belə ki, Beynəlxalq Valyuta Fondu iki həftə əvvəl, aprelin 12-də 2016-cı il üçün neftin orta qiyməti ilə bağlı proqnozunu 35 dollar səviyyəsinədək azaldıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?