Prezident İlham Əliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasıdır.
Sənədə əsasən, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilməsi nəzərdə tutulur, həmçinin subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir. Nazirlər Kabinetinə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etməsi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.
Maliyyə Nazirliyi isə bu sərəncama uyğun olaraq maliyyələşməni təmin etməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?