GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Problemli kreditlərlə bağlı daha bir XƏBƏR

Problemli kreditlərlə bağlı daha bir XƏBƏR

Tarix: 15-12-2016, 11:43 Bölmə :İqtisadiyyat Baxış: 804
Problemli kreditlərlə bağlı daha bir XƏBƏR

Azərbaycanda problemli kreditlərlə bağlı hər bir bank üzrə tədbirlər planı hazırlanacaq.

gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hər bir bank üzrə problemli bankların kapitallaşdırılması ilə bağlı tədbirlər planı müəyyənləşdirəcək. Plan müəyyən edilərkən potensial kapital mənbələri, qeyri-işlək aktivlərin sağlamlaşdırılması, bankların konsolidasiyası və s. imkanlar təhlil ediləcək. Tədbirlər planında bank və onun səhmdarlarının, dövlət təşkilatlarının və digər əlaqəli tərəflərin vəzifələri müəyyən ediləcək (tədbirin icrasına başlanılıb). MBNP hər bir bank üzrə tədbirlər planının icrasına və nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsinə nəzarət məqsədilə monitorinq sistemi müəyyən edəcək.

MBNP aidiyyəti qurumlarla birlikdə problemli bankların minimum itkilərlə sağlamlaşdırılması və yaxud sistemdən kənarlaşdırılması üzrə kompleks institusional və hüquqi mexanizmlərə dair təkliflər hazırlayacaq. Bu məqsədlə "Banklar haqqında" Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli Qanununda ediləcək dəyişikliklərin layihəsi hazırlanacaq və aidiyyəti qaydada təqdim olunacaq.

Bildirilir ki, prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə problemli bankların restrukturizasiya tədbirlərinin tamamlanmaması, səhmdarların banklara əlavə kapital yerləşdirmək marağının, yaxud imkanlarının aşağı olması, bankların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlərin formalaşdırılmasında gecikmələrin, makroiqtisadi mühitdə neqativ meyillərin davam etməsi nəticəsində problemli bankların sayının artması kimi amillər aid oluna bilər.

Milli valyutanın devalvasiyasından sonra banklarda qeyri-işlək aktiv portfelinin həcmi artıb. Restrukturizasiya olunmuş kreditlərin dinamikası bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi tendensiyasının davam edəcəyini, qeyri-işlək kreditlərin həcminin artacağını göstərir. Kredit risklərinin ötürülməsi alətlərindən istifadə edilməməsi risklərin bankların balanslarında qalması ilə nəticələnir. Qeyri-işlək aktivlərlə iş prosedurlarını düzgün təşkil etməyən banklar böyük itkilərlə üzləşir. Beynəlxalq təcrübədə qeyri-işlək aktivlərin ixtisaslaşmış institutlara ötürülməsi aktivin bazar dəyərinin tam itirilmədən bərpasını təmin edir. Mövcud problemin həlli üçün qeyri-işlək aktivlərin restrukturizasiyasına ehtiyac var.

MBNP, aidiyyəti qurumlarla birgə, qeyri-işlək aktivlərin idarə edilməsi bazarının formalaşdırılması üçün qanunvericilik bazasının yaradılması üzrə tədbirlər həyata keçirəcək. Qanunvericilik bazası yaradıldıqdan sonra aktivlərin idarə edilməsi institutlarının tənzimləmə çərçivəsi müəyyən ediləcək. MBNP, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları qeyri-işlək aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlərin, xüsusilə vergi güzəştlərinin tətbiqi imkanlarını qiymətləndirəcək və müvafiq tədbirləri həyata keçirəcəklər.

Yol xəritəsində deyilir ki, dünya bazarında neft qiymətlərinin 2014-cü ilin ikinci yarısından başlayaraq ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyibr. Neft gəlirlərinin azalması nəticəsində ölkəyə daxil olan xarici valyuta axınları azalıb və xarici valyutaya inersiyon tələbin valyuta təklifini üstələməsi manatın məzənnəsinə olan təzyiqi yüksəldib. Valyuta bazarında vəziyyətin tarazlaşdırılması, tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlılığının təmin edilməsi üçün 2015-ci ildə iki devalvasiya həyata keçirilib. Birinci devalvasiyadan sonra depozit və kredit portfelinin dollarlaşması baş verdiyi halda, ikinci devalvasiyadan sonra maliyyə vəsaitlərinin bank sistemindən kənarlaşması müşahidə olunub. Ümumi iqtisadi artımın zəifləməsi fonunda bank sektorunda uzun müddət müşahidə olunan aktivlik azalıb. Borcalanların ödəmə qabiliyyətinin zəifləməsi kredit risklərinin artmasını şərtləndirib. Mövcud risklərin idarə edilməsi, o cümlədən borcalanların borc yükünün azaldılması məqsədilə banklar kreditlərin restrukturizasiyasına başlayıb. Görülmüş tədbirlərin müəyyən müsbət nəticələri olsa da, makroiqtisadi qeyri-müəyyənliklərin davam etməsi bankların kredit riskləri üzrə ehtiyatlanma xərclərini yüksəldib. Nəticədə, iqtisadi artım dövründə yaradılmış kapital yastığının bir hissəsi itirilib, məcmu kapitalın adekvatlıq əmsalı müəyyən olunmuş minimum normativlərə yaxınlaşıb və Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2015-ci ildə ötən illə müqayisədə 4,2 faiz bəndi azalaraq 14,7 faiz təşkil edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi proqram hazırlanıb

    Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi ...

    10-05-2016, 13:00

  • 
  • Palata dollarla bağlı banklara məktub göndərdi

    Palata dollarla bağlı banklara məktub göndərdi ...

    31-08-2016, 13:05

  • 
  • "Dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib"

    "Dörd bankın bağlanması ilə bağlı qərar ...

    22-07-2016, 11:09

  • 
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50

  • 
  • Beynəlxalq Bank özəlləşdirilir

    Beynəlxalq Bank özəlləşdirilir ...

    15-07-2015, 15:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu