GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Türkiyədən Azərbaycana təklif: "Milli valyutaya keçək"

Türkiyədən Azərbaycana təklif: "Milli valyutaya keçək"

Tarix: 21-12-2016, 10:34 Bölmə :İqtisadiyyat Baxış: 518
Türkiyədən Azərbaycana təklif: "Milli valyutaya keçək"

Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətdə milli valyutaya keçid iqtisadi artıma kömək edəcək, ölkələr arasında xarici ticarət əməliyyatlarını gücləndirəcək və sabitləşdirəcək.

Bunu Trend-ə eksklüziv açıqlamasında Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci deyib.

Nazirin sözlərinə görə, qarşılıqlı ticarətdəki hesablamalarda Azərbaycan manatı və türk lirəsindən istifadə çox əhəmiyyətlidir. Belə ki, bu, xərcləri aşağı salmağa, risklərə nəzarəti artırmağa və ölkələrin milli ehtiyatlarının xarici faktora qarşı həssaslığını azaltmağa imkan verəcək:

"Həmçinin ticarətdə milli valyuta ilə hesablamalar xüsusilə böhran dövründə xarici valyuta defisiti ilə əlaqədar mənfi təsirlərin qarşısını alacaq. Valyuta məzənnələrinin dəyişməsi riskinin qarşısının alınması idxal olunan malların qiymətində qeyri-müəyyənliyi, eləcə də xarici ticarətdə ziddiyyətləri azaldacaq".

B.Tüfenkçi qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri xalqların qardaşlığına əsaslanıb: "Bu, iqtisadi və diplomatik münasibətlərdən də üstündür".

Nazir bildirib ki, iki dövlət, bir millət - Türkiyə və Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir və getdikcə möhkəmlənəcək.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında cari qeyri-sabit vəziyyət ölkələr arasında qarşılıqlı ticarətə də təsir göstərib:

"Türkiyənin Azərbaycana ixracı 2014-cü ildə 2,9 milyard dollar, 2015-ci ildə 2 milyard dollar, Azərbaycan məhsullarının idxalı isə müvafiq olaraq 291 milyon və 232 milyon dollar təşkil edib. Türkiyə 2014-cü ildə Azərbaycana 1,9 milyard dollar, 2015-ci ildə 276 milyon dollar, Azərbaycan isə Türkiyəyə müvafiq olaraq 884 və 839 milyon dollar investisiya yatırıb".

B.Tüfenkci deyib ki, Türkiyə 2023-cü ilədək güclü iqtisadiyyata malik ölkələrin onluğuna düşməyə hədəflənib və bunun üçün 2002-2016-ci illərdə olduqca böyük yol qət edib:

"Türkiyə region ölkələri ilə ticarət əməliyyatlarını sadələşdirərək və təhlükəsizliyi artıraraq öz iqtisadiyyatını gücləndirmək istəyir. Bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, İran və Çinə qarşılıqlı hesablamaları milli valyutalarla aparmağı təklif edib. Bununla bağlı artıq danışıqlar aparılır. Bu ölkələrlə ticarətdə yerli valyutalara keçid Türkiyə xarici ticarətinin böyük hissəsini dollar və avrodan istifadə etmədən həyata keçirməyə imkan verəcək".

Nazir qeyd edib ki, Rusiya bu təşəbbüsə müsbət reaksiya verib və rəsmi şəxslər bəyan ediblər ki, qısa müddətdə ticarətdə milli valyutaya keçid üçün addımlar atıla bilər:

"İran parlamentinin spikeri Əli Laricani də Ərdoğanın təklifini dəstəkləyib və bəyan edib ki, Tehran ticarətdə milli valyutaya keçməyə hər zaman hazırdır. Çin və Türkiyə arasında isə cari il noyabrın 26-da ilk valyuta mübadiləsi aparılıb. İnanırıq ki, yaxın vaxtlarda biz bu təşəbbüsdən müəyyən nəticələr əldə edəcəyik".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmov qorxulu məzənnə və valyuta anonsu verdi

    Elman Rüstəmov qorxulu məzənnə və valyuta anonsu ...

    13-10-2015, 14:06

  • 
  • Valyuta alverinə görə cəzalar sərtləşdirildi

    Valyuta alverinə görə cəzalar sərtləşdirildi ...

    30-12-2015, 17:19

  • 
  • Xarici valyuta məzənnələri – RƏSMİ

    Xarici valyuta məzənnələri – RƏSMİ ...

    26-10-2015, 13:10

  • 
  • Mərkəzi Bank manatın məzənnəsi haqda bəyanat verdi - Qərar

    Mərkəzi Bank manatın məzənnəsi haqda bəyanat ...

    21-12-2015, 13:47

  • 
  • Azərbaycan dərin borc quyusuna düşüb

    Azərbaycan dərin borc quyusuna düşüb ...

    12-12-2016, 20:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu