CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da 53,87 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,84 dollar/barel çoxdur.
gundemxeber.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da 53,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 30-da 49,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 30-da 52,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?