Bakıda iyul ayında kirayə mənzillərin qiyməti azalıb.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1,98 faiz, il ərzində isə 5,65 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, obyeklərin icarəsi bazarında isə qiymətlərdə ay ərzində 1,67 faiz, il ərzində 10,24 faiz azalma olub. Ümumi daşınmaz əmlak bazarında isə ay ərzində 3,54 faiz, il ərzində isə 10,75 faiz ucuzlaşma müşahidə olunub.
O qeyd edib ki, qiymətlərin aşağı düşməsini yay mövsümü ilə əlaqələndirmək olar: "Yay ayları olduğundan daşınmaz əmlak bazarında aktivlik xeyli aşağı düşüb".
Sorğu
Yeni dizaynımız necədir?