Maliyyə Bazarlarına Nəzarət Palatasının müşaviri Rüfət Abbasov (MBNP) işdən çıxıb.
Bu barədə Palatadan bildirilib. Məlumata görə, R.Abbasov iyun ayından etibarən MBNP-dən ayrılıb, səbəb isə açıqlanmayıb. Hazırda MBNP-nın müşaviri vəzifəsi vakant olaraq qalır. Bundan əlavə, Nərgiz İbrahimova avqust ayından etibarən MBNP-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi təyin edilib. Xatırladaq ki, o, 2016-cı ilin may ayında etibarən bu vəzifəsinə təyin edilmişdi./fins.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?