Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu 25 milyon manat həcmində faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.gundemxeber.az bildirir ki, bir istiqrazın dəyəri 1000 manat, faiz dərəcəsi isə 3 faiz təşkil edəcək.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, İpoteka Fondunun istiqraz yerləşdirməsinin vətəndaşlar üçün bir sıra faydaları olacaq. Əsas faydası budur ki, bu yolla vəsaiti artıran fond daha iri həcmdə ipoteka krediti təklif edə biləcək.
Fondun ipoteka istiqrazlarının yerləşdirilməsinin daha bir müsbət nəticəsi ondan ibarət olacaq ki, ipoteka kreditlərində faizlərin düşməsi sürətlənəcək. Vüqar Bayramov bildirir ki, hazırda ipoteka kreditlərində faizlər 8-dən 7-ə enib və bu proses davam edəcək. İqtisadçı-ekspertin sözlərinə görə, İpoteka Fondunun istiqraz bazarında iştirakı eyni zamanda verilən ipoteka kreditlərinin həcmini də artıracaq. İndiyədək 50 min manata qədər verilirdisə, bundan sonra 100 min və 150 min manatlıq ipoteka kreditlərinin verilməsində heç bir problem yaşanmayacaq. Bu isə nisbətən bahalı mənzil almaq istəyən vətəndaşlar üçün yeni imkanlar yaradır. /xezerxeber.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?