GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Bitcoin”: asan qazanc yolu, yoxsa tələdəki pendir? - ŞƏRH

“Bitcoin”: asan qazanc yolu, yoxsa tələdəki pendir? - ŞƏRH

Tarix: 15-12-2017, 15:19 Bölmə :İqtisadiyyat Baxış: 573
“Bitcoin”: asan qazanc yolu, yoxsa tələdəki pendir? - ŞƏRH


2009-cu ildə dövriyyəyə buraxılan “Bitcoin” son zamanlarda yüksək səviyyədə dəyər qazanan yeganə virtual əmtəə vasitəsi olub.

İstifadəyə buraxıldığı zaman cəmi 1 dollar qiyməti olan bu valyuta artıq 17 000 dollar civarında dəyərləndirilir.
Bəs dünyanın ən etibarsız valyutası kimi bilinən “Bitcoin”ə olan bu maraq haradan qaynaqlanır? Onu dəyərli edən və daşıdığı risk nədən ibarətdir?
Suallarımızı iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb.
Ekspert bildirib ki, “Bitcoin”in tez bir zamanda bu qədər məşhurlaşmasının iki əsas səbəbi var:
“Birinci səbəb ondan ibarətdir ki, hazırda dünyada kripto-valyutalara böyük maraq var. Mediada “Bitcoin”lə bağlı o qədər xəbər yayımlanır ki, istər-istəməz diqqət çəkir. Bununla da virtual valyuta asan qazanc mənbələrindən biri kimi önə çıxır. İlin əvvəlində cəmi 700-800 dollar olan “Bitcoin” bu gün 17 000 dollara qədər dəyər qazanıb. Bu amil “Bitcoin”i bir az da cəlbedici edir.
İkinci səbəb isə bu valyuta üzərində nəzarət müxanizmlərinin olmamasıdır. Bu mexanizmlərin yoxluğu pul köçürmələrində “Bitcoin”dən istifadəni populyarlaşdırdı və hər hansı qeyri-qanuni əməliyyatların həyata keçirilməsi, çirkli pulların yuyulması tipli işlərdə “Bitcoin”dən istifadə geniş vüsət aldı".
O qeyd edib ki, əslində bu virtual valyutanın arxasında duran ən vacib məsələ “Blog change” texnologiyasıdır:
"Bu çox mütərəqqi və gələcəkdə bir çox sahələrdə istifadə oluna biləcək texnologiyadır. Amma “Bitcoin”in əmtəə dəyərinin şişməsi və tez bir zamanda yüksəlməsi bu sahədə problemlərin olduğunu göstərir. Çünki qısa müddətdə əldə edilən nəticə elə qısa müddətdə də kəskin aşağı düşə bilər və riskli fəsadlar törədər. Yəni, “Bitcoin” bu qədər məşhurlaşmağı sadəcə cəlbedici xəbər axınına və asan istifadə mexanizminə borcludur. Onun arxasında ciddi bir dəyər gücü yoxdur.
Belə bir sual ortaya çıxır ki, bəs “Bitcoin”ə güvən haradan doğur? Bu valyuta dünyanın ən riskli əmtəə vasitəsi olması ilə yanaşı, həm də qazanc məbləği ən yüksək olan valyutadır. İnsanlar düşünür ki, 2008-2009-cu illərdə “Bitcoin” çıxanda 1 dollar dəyəri var idi. Lakin indi 17 000 dollara qədər dəyər qazana bilib. Bu valyutanın gətirdiyi riskin qarşılığında böyük məbləğdə vəsait qazanma iştahı olduğu üçün də “Bitcoin” belə cazibədarlıq qazanır.
“Bitcoin”dən istifadə edən hər kəs onu alıb illərlə saxlamaq fikrində olmur. Elə şəxslər var ki, ucuz vaxtında alır, bir az dəyərə minən kimi dərhal satır. Ancaq “Bitcoin” yenə də ciddi risk daşımaqda davam edir. Bu valyuta gələcəkdə “partlasa”, dünyada geniş həcmli iflasın qaçılmaz olacağı dəqiqdir.
Bu çox sirkulyativ bir valyutadır. Ona görə də hər şey gözləmək olar. Əgər sabah ABŞ, Britaniya, Avropa İttifaqı üzvləri kimi bir neçə nəhəng iqtisadiyyatlı ölkə “Bitcoin”i qadağan etsə, yaxud çirkli pulların yuyulmasında istifadəsi təsdiqlənsə, o zaman çox kəskin eniş olacaq. Və bu enişdə sonradan qoşulan sərmayəçilər daha çox uduzacaqlar. Daha bir eniş riski isə dövriyyədə olan “Bitcoin”lərin sayının çoxaldılması ola bilər.
İnsanlarda asan yolla pul qazanmaq iştahı var ki, bu da rasional bir düşüncə tərzi deyil. Bu düşüncə tərzi ilə hərəkət edənlərə tövsiyə verilməsi isə mənasız addımdır. Rasional düşünən insan təbii ki, valyutanın iqtisadi dəyərini, arxasında duran gücü dəyərləndirəcək. Ancaq bunun iqtisadi əsası yoxdursa, təkcə sirkulyativ dəyərə hesablanıbsa və insanlar hələ də bu valyutaya üstünlük verirlərsə, demək, qazanc iştahı onların “gözünü kor edib”./Publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bitcoinə pul qoyanlar bütün vəsaitlərini itirməyə hazır olsunlar"

    "Bitcoinə pul qoyanlar bütün vəsaitlərini ...

    15-12-2017, 11:52

  • 
  • Narkotik vasitələrin "qara bazar" qiymətləri

    Narkotik vasitələrin "qara bazar" ...

    24-03-2015, 12:36

  • 
  • Mərkəzi Bankın valyuta ehtiyatları 271,2 mln. dollar azaldı

    Mərkəzi Bankın valyuta ehtiyatları 271,2 mln. ...

    2-11-2015, 12:18

  • 
  • Çin 513 milyard dollar itirdi

    Çin 513 milyard dollar itirdi ...

    11-01-2016, 13:40

  • 
  • Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi

    Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi ...

    4-09-2015, 17:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu