GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bağlanan bankın müştəriləri təlaşda

Bağlanan bankın müştəriləri təlaşda

Tarix: 26-12-2017, 15:26 Bölmə :İqtisadiyyat Baxış: 516
Bağlanan bankın müştəriləri təlaşda


“Dəmirbank”dakı pulların aqibəti necə olacaq?

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən ləğv edildi. Bəs hazırda bu bankda əmanəti olanlar və ya maaşlarını bu bank kartları vasitəsilə alan müştərilər nə etməlidirlər?

Bank sektoru üzrə mütəxəssis, iqtisadçı, hüquqşünas Əkrəm Həsənov “Dəmirbank”ın bağlanmasının gözlənilən olduğunu dedi: “Dəfələrlə dediyim kimi, bank sisteminin vəziyyəti ağırdır və bağlanmalı xeyli bank var. Sadəcə, Maliyyə Bazarlarına Nəzarət Palatası subyektiv səbəblərdən məsələni uzadırdı və hələ də uzadır. Problemli banklar bağlanmalıdır ki, yaxşılar rahat nəfəs ala bilsin. Problemli bankların da bu vəziyyətə düşməsinin əsas səbəbi bəllidir - problemli kreditlərin həcminin artması. Həmin kreditlərin də əksəriyyəti elə bank sahibləri və inzibatçılarının öz yaxınlarına ”gedər-gəlməz" prinsipi ilə verdiyi vəsaitlərdir. Həm “Dəmirbank”, həm də onun günündə olan digər banklara qarşı Palata son dövrdə bir sıra təshih tədbirləri tətbiq edib. Yəni müəyyən fəaliyyət istiqamətlərini məhdudlaşdırıb. Məsələn, əmanət qəbul edə bilmirlər və s. Bununla da Palata həmin banklara təzyiq edir ki, ya birləşin, ya da banka əlavə sərmayə yatırın. Bank sahibləri də bunları etmir (edə bilmir və ya etmək istəmir). Sonuncular, sadəcə, fürsətdən istifadə edərək aktivlərinin bankdan çıxarılması ilə məşğuldur. Buna görə də əvvəl-axır Palata reaksiya verməli idi və verdi də. Böyük ehtimalla, yaxın vaxtda bankların bağlanması davam edəcək".

“Dəmirbank”da pulu qalanlara gəldikdə isə iqtisadçı bildirdi ki, qanuna görə, Əmanətlərin Sığortalanması Fondu maksimum 6 ay ərzində sığortalanmış əmanətləri ödəməlidir: “Əvvəla, təəccüblü odur ki, son 2 ildə bankların bağlanması təcrübəsindən fərqli olaraq, bu dəfə bankda qalan vəsait, onun nə qədərinin sığortalı, nə qədərinin isə sığortası olması haqda məlumat hələ də açıqlanmayıb. Bu da öz növbəsində sui-istifadə, korrupsiya hallarına yol açır. Məsələn, sığortasız əmanəti müəyyən ”hörmət" müqabilində sığortalı kateqoriyaya keçirə bilərlər və s. və i.a. Bir sözlə, hansısa pərdəarxası alverin getməsi istisna deyil və hüquq-mühafizə orqanları bu məsələni nəzarətə götürməlidir. Xatırladıram ki, faiz dərəcəsi manat əmanəti üzrə 15%-i, xarici valyutada olan əmanət üzrə isə 3%-i ötməyən əmanət qorunan əmanətdir. Bir qayda olaraq, maaş kartlarında olan vəsait də bura aiddir - bu şərtlə ki, bank hesabı işəgötürənin deyil, işçinin adına açılmış olsun. O ki qaldı sığortalanmayan əmanətlərə, habelə sahibkarların və hüquqi şəxslərin bankdakı hesablarında olan vəsaitlərə, bağlanan digər bankların təcrübəsi göstərir ki, həmin vəsaitlərin qaytarılması müşkül məsələdir".

İqtisadçının sözlərinə görə, əgər bank müflisdirsə, ləğvedici olan Əmanətlərin Sığortalanması Fondu onun əmlakını satmalı, verdiyi kreditləri isə qaytarmalıdır: “Bunun nəticəsində əldə edilən vəsaiti fond ilk növbədə sığortalanmış əmanətlərin kompensasiyası xərcinə aid edəcək. Yəni nə qədər xərci olubsa, həmin həddə vəsaiti özünə götürəcək. Sonra qalan məbləğdən ləğvetmə prosesinə çəkdiyi xərclərini bağlayacaq. Bundan sonra ”Dəmirbank"ın işçilərinin maaşını və dövlətə qalan vergini ödəyəcək. Daha sonra nə isə qalsa, həmin vəsaiti digər kreditorlar arasında bölüşdürəcək. Göründüyü kimi, Azərbaycanda əmanətlərin sığortalanmasının çox əcaib sistemi mövcuddur. Faktiki olaraq fond heç bir xərc çəkmir. Əmanətlər digər kreditorlar, əsasən sahibkarlar və şirkətlərin hesabına qaytarılır. Elə buna görə də hazırda sahibkarlar banklarda pul saxlamağa qorxur. Bu gedişlə ölkədə sahibkarlığa neçə şərait yaradılacağı mənə qaranlıqdır".

Əkrəm Həsənov “Dəmirbank”ın sığortasız əmanətçilərinə və digər kreditorlarına bir neçə məsləhət verdi: “Onlar fonddan və Palatadan kreditorların ümumi yığıncağının çağırılmasını tələb etsinlər. Ən azı kreditorlar komitəsi yaradılmalıdır ki, ləğvetmə prosesinə ilk gündən nəzarət olsun. Yoxsa bankın olan-qalan varının başına da daş salacaqlar. Palatanın yarıtmaz fəaliyyəti göz qabağındadır. Nə etməli? Təcili bütün banklar yoxlanılmalı, bankirlərin mənimsədiyi pullar geri qaytarılmalıdır. Bağlanmalı olan banklar bağlanmalıdır. Sonra dövlət məsuliyyətli şəkildə bəyan etməlidir ki, sistemi təmizlədik, ona etibar etmək olar. Bunları etmək üçün də savadlı və dürüst kadlrar lazımdır...”

Qeyd edək ki, əmanətlərin qaytarılması ilə bağlı Əmanətlərin Sığortalanması Fondu da açıqlama yayıb. Açıqlamada bildirilir ki. “Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Əmanətlərin sığortalanması haqqında” Qanunda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq və bunun üçün Fondun kifayət qədər vəsaiti mövcuddur./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmur qızı keçmiş ərinin biabırçı videosunu yaydı: "Mənə əxlaqsız təkliflər edir, toy gecəsi..." +18 Video

    Məmur qızı keçmiş ərinin biabırçı videosunu ...

    21-04-2017, 15:28

  • 
  • Toyuna 400 min dollar pul xərcləndiyi deyilən məmur qızı danışdı: "Bu qədər pulu olan gedib..." - ŞOK təfərrüat - ÖZƏL

    Toyuna 400 min dollar pul xərcləndiyi deyilən ...

    20-04-2017, 16:11

  • 
  • 400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

    400 minlik toyu ilə gündəmə gələn məmur qızının ...

    30-04-2017, 21:01

  • 
  • Qızının toyu ilə gündəmə gələn məmurla bağlı araşdırma başladıv

    Qızının toyu ilə gündəmə gələn məmurla bağlı ...

    27-04-2017, 19:01

  • 
  • Bakı Lift şefinə şok qadağa- İlginc təfsilat

    Bakı Lift şefinə şok qadağa- İlginc təfsilat ...

    12-05-2017, 22:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu