GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dövlət qurumlarının böyük korrupsiya oyunu

Dövlət qurumlarının böyük korrupsiya oyunu

Tarix: 13-12-2012, 12:07 Bölmə :İqtisadiyyat Baxış: 833
Dövlət qurumlarının böyük korrupsiya oyunu
Əmlakın dövlət qeydiyyatına salınmasındakı süni problemlərin gizlinləri

Ölkənin demokratik imicini formalaşdıran əsas amillərdən biri də insanların mülkiyyət hüququnun qorunma səviyyəsidir. Avropa ölkələrində mülkiyyət hüququ ən ali hüquqlardan hesab edilir. Lakin təəssüf ki, Azərbaycanda bu sahədə kifayət qədər problemlər var.
Baxmayaraq ki, ölkə başçısı səviyyəsində bu problemin çözülməsi yolları müvafiq orqanlara tapşırılıb, ancaq hələ də bu sahədə irəliləyişlər görünmür. Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına zəmin yaradan əsas amillərdən biri də mülkiyyətin dövlət qeydiyyatından keçməməsidir. Qeydiyyatdan keçməyən mənzil, obyekt və ya torpaq sahələrinin sayı isə qeydiyyatdan keçənlərdən dəfələrlə çoxdur. Biz bu yazıda məhz mənzillərin dövlət qeydiyyatından keçməsinə mane olan hallardan danışacağıq.
Xüsusən şəhərətrafı qəsəbələrdə və başqa regionlarında tikilmiş yeni fərdi yaşayış evlərinin dövlət qeydiyyatından keçməsinə mane olan bir çox amillər var. Təbii ki, hər bir şəxs min bir əziyyətlə əldə etdiyi mülkiyyətin özəlləşdirilməsində maraqlı olmalıdır. Elə əhalinin əksər hissəsində də bu maraq var və buna can atanların sayı heç də az deyil. Ancaq statistik məlumatlar bu əməliyyatların ləng getdiyini sübut edir. Şübhəsiz ki, bu problemin kökündə duran əsas səbəblərdən biri özəlləşdirmə əməliyyatının vahid sistem üzrə getməməsidir. Yəni vətəndaş evə şəhadətnamə ala bilmək üçün döymədiyi idarə qapısı qalmır, nəticə isə yoxdur.
Könlü sənəd istəyənin...
Belə ki, bir evin sənədləşməsi üçün vətəndaş əvvəlcə bələdiyyə orqanlarından torpağa görə akt almalı, sonra onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi üzrə şöbələrinə müraciət edərək həyətyanı sahənin kadastr planını tərtib etdirməli, daha sonra evin tikilməsinə icazə üçün icra hakimiyyətindən sərəncam almalıdır. Ev tikilib başa gəldikdən sonra isə yenidən mənzilin istismara yararlı olması baradə «Mənzil istismar aktı» əldə etməlidir. Qeyd edək ki, təkcə istismar aktının əldə edilməsinə vətəndaş bir neçə ayını sərf etməlidir. Çünki, «İstismar aktı»na qaz idarəsi, Sukanal İdarəsi, işıq idarəsi, Dövlət Gigiyena və Epidemologiya Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəy verməlidir. Hələ bu azmış kimi akt, İcra hakimiyyətlərində bir neçə şöbələrdə imzalanmalı, daha sonra icra başçısının möhürü ilə vahid sənəd - «İstismara qəbul aktı» verilməlidir. Məhz bütün bu yorucu və uzun prosedurlardan keçdikdən sonra vətəndaş torpağın kadastrını, evin layihəsini və «İstismara qəbul aktı»nı Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə təqdim etməlidir. Qeyd edək ki, bu idarəyə sənədlərin təqdim olunmasından sonra da əməliyyat iki mərhələdə aparılır. Öncə reyestr xidmətinin mühəndisi həyətyanı sahəni və evi yenidən ölçərək bu ərazilərin kadastr planına uyğun gəlib-gəlmədiyini yoxlayır, sonra isə yenidən layihə hazırlanır.
Qanun var, amma qayda yoxdur!
Amma işlər belə getsəydi, nə var idi ki... Yuxarıda sadaladığımız idarələrin hər birində müxtəlif sənədlər tələb edilir. Çox vaxt da bu sənədləri tapmaq asan məsələ olmur. Ən maraqlı məsələ isə budur ki, bəzən bu yoxlanışlar bir neçə dəfə həyata keçirilir. Buna görə, vətəndaş dəfələrlə hər bir idarənin qarşısında saatlarla gözləməli, işini-gücünü atıb ən azı iki-üç ay mütəmadi olaraq idarələrin qapısında təpik döyməlidir. Bundan əlavə, sadaladığımız qurumların bir-birinə olan qarşılıqlı etimadsızlığı, inamsızlığı ucbatından sənədləşmə işi aylarla yubanır, vətəndaşın əziyyəti çoxalır. Məsələn, mənzilin və həyətyanı ərazinin ölçüləri Katastr Planı və «İstismara qəbul aktı» verilərkən bir neçə dəfə və bir neçə qurum tərəfindən ölçülür və bütün bunlar verilən sənədlərdə qeyd edilir. Ancaq Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsi «Çıxarış» verərkən yenidən mühəndis göndərərək ölçü-biçi işləri apartdırır. Əgər bu ölçülərdə cüzi də olsa fərq yaransa, vətəndaşa bildirilir ki, onlar mülkiyyətin dövlət reystrinə alınmasından imtina edirlər. Və yaxud da «İstisirmara qəbul aktında» rəyləri olan, idarələrin razılığı və imzası olmasına baxmayaraq, Dövlət Reyestr Xidməti sanki onların düz rəy verib-vermədiyini yoxlayırmış kimi təftiş aparır.
Məsələn, «İstismara qəbul aktı»nda işıq idarəsi o vaxt imza qoyur ki, idarənin əməkdaşları mənzilə baxış keçirir və ərazidən yüksək gərginlikli xətlərin keçmədiyini müəyyən edir. Ancaq Dövlət Reyestr Xidməti bu işi yenidən həyata keçirir. Belə halda ortaya bir sual çıxır: Əgər bu işləri Dövlət Reyestr Xidməti həyata keçirib, yoxlamalar aparacaqdısa, onda vətəndaşlar niyə digər idarələri gəzir?
Hər şey «hörmət» üçün!
Bax, bu sualın cavabını heç bir rəsmi, səlahiyyətli orqan verə bilmir. Vətəndaşlarda isə bu suala cavab var - «Hörmət»! Yəni, insanlar nə qədər çox idarələr gəzsə, işin çətinliyini öz gözlərilə görsə, o qədər «işin asan» yolunu - problemi «hörmətlə» həll eləmək barədə düşünəcək. Bundan əlavə, Dövlət Reyestr Xidməti öz səlahiyyətini aşaraq başqa qurumlara aid işləri araşdırıb «çepe» tapa bilər və bu da idarəyə «hörmət» qazandırar kimi fikirlər var.
Belə olan halda bəzi insanlar bütün bu süni yaradılmış problemlərdən bezərək sənədləşmə işini yarıda saxlayır və digər maraqlanan şəxslərə də prosesin çətinliyini bildirir və bunu məsləhət görmür. «Ora gedirəm, bura yollayırlar, bura gedirəm, ora yollayırlar» ifadəsi artıq sənədləşmə işində az qala zərb-məsələ çevrilib.
Kiminsə cibi, yoxsa dövlət büdcəsi?
İnsanları ora-bura göndərən, maddi maraqları naminə insanları narazı salan idarə müdirləri yəqin anlayırlar ki, fərdi evlərin özəlləşdirilməsi vətandaşa lazım olduğu qədər dövlət üçün də vacibdır. Belə ki, şəhadətnaməsi olan ev və həyətyanı sahəyə görə insanlar dövlət büdcəsinə vergi ödəyər, dövlət miqrasiya ilə bağlı dəqiq məlumatların verilməsində çətinlik çəkməz, əmlak bazarının intensivləşməsinə şərait yaradar. Təəssüf ki, uzun zamandır hazırlanan «Vahid pəncərə» sistemi hələ də işə düşmür. Əgər bu sistem fəaliyyət göstərsə, yəni mülkiyyətini dövlət qeydiyyatına salmaq istəyən şəxs sadəcə bir idarəyə müraciət edərsə, əksər fərdi yaşayış evləri obyektlər qeydiyyatdan keçə biləcək. Hələliksə bu mümkün deyil. Bizdə vətəndaşlar hələ də mülkiyyət hüquqlarını bərpa etmək, əmlakını özəlləşdirmək üçün min bir azabdan keçir.
Buna məsul olan dövlət qurumları isə öz alverindədir.
Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “ASAN“ da hansı fərdi evlərə “kupça“ veriləcək?- AÇIQLAMA

    “ASAN“ da hansı fərdi evlərə “kupça“ veriləcək?- ...

    12-02-2014, 15:17

  • 
  • Özbaşına tikinti və sənədsiz evlərə mülkiyyət hüququnun tanınma ŞƏRTLƏRİ

    Özbaşına tikinti və sənədsiz evlərə mülkiyyət ...

    12-11-2013, 13:05

  • 
  • Qusar, Quba, Xaçmaz sakinlərinin nəzərinə!

    Qusar, Quba, Xaçmaz sakinlərinin nəzərinə! ...

    22-07-2014, 12:32

  • 
  • Səyyar “ASAN xidmət” Goranboy və Qobustanda

    Səyyar “ASAN xidmət” Goranboy və Qobustanda ...

    13-10-2015, 16:53

  • 
  • Səyyar ASAN bu rayonda xidmət göstərəcək

    Səyyar ASAN bu rayonda xidmət göstərəcək ...

    28-04-2014, 10:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (120)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu