Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr hasilatın azaldılmasına dair alınacaq qərar çərçivəsində ABŞ-ın sanksiya tətbiq etdiyi İrana güzəştə gedilməsi barədə razılığa gələ bilmirlər.
Neft istehsalının azaldılması baxımından OPEC-ə ən böyük maneəni məhz İran törədir.
Xatırladaq ki, İranın neft naziri Bijən Namidar Zəncənə ABŞ-ın rəsmi Tehrana tətbiq etdiyi sanksiyalarla əlaqədar OPEC-in neft istehsalının azaldılmasına dair alacağı qərar çərçivəsində ölkəsinə güzəşt olunmasını tələb edib: “Qeyri-qanuni sanksiyalar davam etdiyi təqdirdə İran gələcəkdə neft istehsalının səviyyəsinin azaldılmasına dair hər hansı qərardan azad olunmalıdır”.
O əlavə edib: “İrana qarşı sanksiyalar davam etdiyi təqdirdə bu ölkənin OPEC üzrə kvotası heç kimlə müzakirə olunmayacaq”./AzərTAc
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?