Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin Aprel ayından etibarən 1 ABŞ dollarının məzənnəsini 1.70 manat səviyyəsində sabitləyib.
GUNDEMXEBER.AZ-ın "Marja"ya istinadən məlumatına görə, bu “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamsında bildirilir.
S&P, Azərbaycanın reytinqinə yenidən baxaraq ölkəmizə dair proqnozlar da varib. Yenilənmiş proqnoza görə, 2019-cu ilin sonunda Dollar/Manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaqdır.
“Standard & Poors” qeyd edib ki, əgər neftin qiyməti daha düşərsə Manat ucuzlaşdırılacaqdır.
Agentliyin fikrincə Azərbaycan Mərkəzi Bankı bu ilin Dekabr ayından məzənnəni operativ tənzimləməyə başlayacaqdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?