Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb.
Gundemxeber.Az Oxu.Az-a istinadla xəbər verir ki, portalda fiziki şəxs ona hesablanmış kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.
İşləmə mexanizmi isə belədir: borcu olan şəxs şəxsiyyət vəsiqəsini və mobil nömrəsini qeyd edəcək. Telefona şifrə gələcək və həmin şifrəni qeyd etməklə məlumatlara daxil olacaqsınız.
Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Orxan İsmayılov deyib ki, kreditləri ödəmiş şəxslər onlara düşəcək kompensasiyanın necə hesablandığı və hesabına yatırılan pul barədə dəqiq məlumat əldə edəcəklər.
Onun sözlərinə görə, portalda vəsaitin yatırıldığı bank, kart hesabı göstəriləcək. Restrukturizasiya ilə bağlı məlumatlar da eynilə portalda öz əksini tapıb.
Qeyd edək ki, sistem təqdim olunsa da, hazırda sms-şifrə göndərişində problem yaşanır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?