Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.
Yığıncağda Tariyev İsmayılovun Bankın İdarə Heyətinin yeni sədri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilib.
O, aprelin 2-dən səlahiyyətlərinin icrasına başlayacaq və sədr vəzifəsində Asəf Namazovu əvəz edəcək. “Bank Respublika”nın inkişafında böyük əməyi olan A.Namazov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcəkr.
Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, daha öncə “AccessBank” QSC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə ali təhsil alıb, ailəlidir, 2 övladı var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Sorğu
Yeni dizaynımız necədir?