GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Laçının işğal günü erməni bayrağı ilə konsert... - Açıqlama (video)

Laçının işğal günü erməni bayrağı ilə konsert... - Açıqlama (video)

Tarix: 20-05-2019, 12:57 Bölmə :İqtisadiyyat Baxış: 733
Laçının işğal günü erməni bayrağı ilə konsert... - Açıqlama (video)

Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub.

E.Yaqubovun işğal günü konsert verməsi bir yana dursun, səhnədəki video-kadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Zəngimizə onun köməkçisi cavab verdi və mayın 30-da E.Yaqubovun Azərbaycana qayıdacağını, ondan sonra açıqlama verəcəklərini bildirdi.

E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub. Dərnəyin rəhbəri Ayə Coşqun Musavat.com-a açıqlamasında bunun təxribat olduğunu söylədi: “Biz İsveçin Malmö şəhərində fəaliyyət göstəririk. Hər il Cümhuriyyət bayramına iki ay qalmış planımızı hazırlayırıq. İsveç hökumətinə bu barədə məlumat veririk. Bu tədbirin Azərbaycanla heç bir əlaqəsi yoxdur. İsveçdə keçirilən bütün tədbirlərin məsuliyyəti bu hökumətin üzərinə düşür. Hər il Cümhuriyyət gününü qeyd etdiyimiz üçün təqvimə əvvəlcədən baxırıq. İşğal və digər bizim üçün ağrılı günlərə tədbirlər salmırıq. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işğal günüdür. Mən aidiyyəti şəxslərə dedim ki, bizə 17 maydan savayı hansı gün konsert zalı təşkil edə bilərsiniz. Onlar bizə dedilər ki, ya cümə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmaq ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünki konsert 18-də baş tutub. İsveç hökuməti bizə 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik (Laçının işğalı 1992-ci il mayın 17-dən 18-nə keçən gecə baş verib və hazırda işğal tarixi 18 may olaraq anılır). Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fəaliyyətimə haqsızlıqdır. Feysbuqda Eyyub bəyin erməni bayrağı ilə fotosu verilir. Buna çox üzüldüm. Əvvəla, o çəkdiyimiz filmdən bir fraqmentdir. Əvvəldə, şəhidlərimizin, Böyük Məmməd Əmin Rəsulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizlə bağlı film göstərilib. İşğal edilən ərazilərimiz o filmdə göstərilib və orada Rusiya, İran, Türkiyə, Ermənistan bayraqları da keçib. Niyə məhz erməni bayrağı ilə Eyyub bəyin fotosu verilib? Bu Eyyub bəyə hörmətsizlikdir. Çünki Eyyub bəy heç zaman Azərbaycanda siyasətə qarışmayıb. Onun kimi insana bunları etmək ilk növbədə, mənə qarşı həqarətdir. Bu mənim və İsveç dövlətinin əməyinə də həqarətdir.

Sizlərdən xahiş edirəm ki, diaspora təşkilatımızın 10 illiyinə qarşı olan bu hörmətsizliyə imkan verməyin. Çünki tədbirdə Azərbaycanla bağlı tarixi film göstərilib. Film 15 dəqiqə sürüb. Tədbirin əvvəlində Rəsulzadədən, işğal altında olan torpaqlarımızdan və digər məsələlərdən söhbət açılıb. Bizə təbii ki, sərhəd olan ölkələr filmdə keçməli idi. Ermənilər torpaqlarımızı işğal ediblər və o hissədə onların bayrağı keçib. Mənim adıma yaraşmaz ki, səhnədə düşmənlərimin bayrağını göstərək. Mən xalq şairi İsgəndər Coşqunun qızıyam. Dövlətçiliyimiz bizim üçün əsasdır. İsveç parlamentində ”erməni soyqırımı"nı tanıdıqları üçün məsələ qaldırmışıq. Belə bir əmək verdiyim yerdə əməyimin bu cür yerə vurulmasına çox üzüldüm. Bunu kim edibsə, şəxsən onun gözlərinin içinə baxıb danışmaq istəyirəm. Bu filmi kim istəyirsə, bütövlükdə göndərə bilərəm. Heç kimə hesabat vermək zorunda deyiləm. Sadəcə, olanları deyirəm. Biz tarixi göstərmişik. Məntiqlə düşünün, səbəbsiz necə tədbirimdə erməni bayrağını nümayiş etdirə bilərəm? Məni tanıyan yaxşı tanıyır. Kim istəsə, buradakı fəaliyyətimlə maraqlanar. Burada Eyyub bəylik heç nə yoxdur. Eyyub bəy İsveç dövlətinin dəvəti ilə gəlib".

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təmsilçisi Kənan Hacıəkbəroğlu isə kifayət qədər sərt danışdı: “İstənilən iş görüləndə tarixə çox diqqət edilir. Burada tədbirin təşkilatçısı birbaşa məsuliyyət daşıyır. Eyyub Yaqubov da birbaşa günahkardır. Ortada bir razılıq var ki, filan vaxtı, filan saatda konsert olacaq. Bu da azından bir ay öncədən məlum olur. Təşkilatçının bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini deyə bilmərəm, sadəcə, günahkar olduğunu əminliklə söyləyirəm. Bu azərbaycanlıların tarixlərini unutmaq üçün təşkil edilmiş kampaniyanın tərkib hissələrindən biri də ola bilər. Necə 17 mayı unutmaq olar? Belə işlərə diaspora da diqqət etməlidir. Doğrudur, diaspora dərnəklərin işinə qarışa bilmir. Buradakı fürsətdən istifadə edib məlumat verirəm ki, iyulun 23-də Ağdamın işğal günündə BMT-nin Almaniyadakı ofisi qarşısında aksiya keçirəcəyik. Öz torpaqlarımıza getmək istədiyimizi bəyan edəcəyik. Vətənpərvər insanlar kimi bunu ardıcıl şəkildə etmək istəyirik. Kimsə pul qazanacaqsa, bunu tariximizə hörmətsizlik etməklə əldə etməməlidir. Konsertdə iştirak edən azərbaycanlılar olub, hətta rəqs də ediblər. Onların 90%-i feysbuq qəhrəmanlarıdır. Onların belə hərəkətləri yolverilməzdir. Onlara necə vətənpərvər demək olar? Onlar vətən üçün mübarizə aparmayıblar. Şəxsi maraqlarını öndə tutan insanlardır. O tədbirdə iştirak edənlər vətənpərvər deyillər. Orada erməni bayrağının ayaqqabı altında olması önəmli deyil, Laçının işğal günü konsert verməsi daha önəmlidir. Xalq artisti öz tarixini bilmir? Bilmirsə, demək problem özündədir. Xocalı soyqırımı günü toy etmək olar? 27 ildir 26 fevralın soyqırımı olduğunu təbliğ etmişik. Laçının işğal günü pul qazanmaq eşqi ilə konsert vermək bu təbliğata zərbə deyilmi?”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hadisə Qubada konsert səhnəsinə yarıçılpaq şıxdı - (VİDEO) +18

    Hadisə Qubada konsert səhnəsinə yarıçılpaq şıxdı ...

    3-01-2015, 22:29

  • 
  • Aygün Kazımova səhnəyə qısa libas və siqaretlə çıxdı (VİDEO)

    Aygün Kazımova səhnəyə qısa libas və siqaretlə ...

    23-09-2017, 18:26

  • 
  • Erməni müğənni Bakıda konsert verəcək

    Erməni müğənni Bakıda konsert verəcək ...

    17-07-2018, 20:18

  • 
  • Məktəb direktoru Laçının işğal günü bayram keçirib rəqs etdi - VİDEOLAR

    Məktəb direktoru Laçının işğal günü bayram ...

    27-05-2016, 15:57

  • 
  • Gülüstan Əliyeva konsert verəcək

    Gülüstan Əliyeva konsert verəcək ...

    27-03-2016, 13:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu