GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “AZƏRKOSMOS” 100 MİLYONLARI HAVAYA UÇURUR… - Qurumun zərəri 313 milyonu keçib

“AZƏRKOSMOS” 100 MİLYONLARI HAVAYA UÇURUR… - Qurumun zərəri 313 milyonu keçib

Tarix: 3-06-2019, 16:35 Bölmə :İqtisadiyyat Baxış: 501
“AZƏRKOSMOS” 100 MİLYONLARI HAVAYA UÇURUR… - Qurumun zərəri 313 milyonu keçib


Sözsüz ki, hər bir ölkə üçün öz peykinin olması bir pristij, güc gözstəricisidir. Bu, həmdə dövlətin iqtisadi, elmi və müasir texnologiyalara yiyələnmə səviyyəsini ortataya qoyan amildir.

Ancaq bütün sivil dünyada çoxdan qəbul olunmuş praktikaya görə, istənilən yenilik, texnoloji layihə və s. mütləq maddi gəlir gətirməlidir. Təəssüf ki, bu cəhətdən “Azərkosmos”un fəaliyyətini qənaətbəxş hesab etmək olmur. Əksinə, “Azərkosmos”ASC onsuz da mürəkkəb duruma malik ölkə iqtisadiyyatı üçün ildən-ilə ağır yükə çevrilir.

“Azərkosmos”un indiyə qədərki fəaliyyəti dövründə xərclərinə baxdıqda, bunun gəlirlərilə müqayisədə bir neçə dəfə artıq olduğunu görürük. Şirkətə dövlət büdcəsindən ilbəil 10 milyonlarla manat büdcə vəsaiti ayrılması ilə yanaşı, xaricdən dövlət təminatı ilə də 100 milyonlarla dollar həcmində kreditlər götürülüb. Digərt tərəfdən “Azərkosmos”un gəlirləri cüzi, xərcləri isə həddindən artıq çox olduğundan, ASC hər ötən ili böyük zərərlə başa vurur. Kreditlər isə yenə də dövlət büdcəsi hesabına bağlanır.

“Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Çin, Gürcüstan və Rusiyadır. Göründüyü kimi, Rusiya və Çin başda olmaqla, bu ölkələrin əksəriyyətinin peyk bazarında əhəmiyyətli payları var.Və belə bir bazarda Azərbaycan kimi ölkənin də iştirakı bir tərəfdən qürurvericidirsə, digər tərəfdən böyük rəqabətə davamlılıq tələb edir. Peyk bazarında ən azından ziyan etməmək üçün isə çeviklik olmalıdır, keyfiyyətli və müxtəlif çeşidli xidmətlər göstərilməlidir. Bəs “Azərkosmos” bu tələblərə nə dərəcədə riayət edə bilir?

Mütəxəssislər hesab edirlər ki, hazırda “Azərkosmos”un timsalında olduğu kimi telekommunikasiya deyil, hərbi, ekoloji və sair tipli peyklər daha gəlirlidirlər.Azərbaycan da digər növ peyklərə üstünlük versəydi, daha məqsədəuyğun olardı. Bundan başqa, xərclərin çox olduğunu nəzərə alaraq, dünya təcrübəsindən istifadə edərək, bir neçə ölkənin ortaq peyk buraxması kimi əməkdaşlıqlara getmək olardı.

Hazırkı vəziyyət isə göstərir ki, ömrü 10 il civarında olan peyklərin nə zamansa ölkəyə maddi xeyir gətirməsi bir yana, heç olmasa xərcləri qapadacağını gözləməyə dəyməz. “Azərkosmos”un ötən illərin yekun hesabatlarından görünür ki, ASC 2017-ci ili 16 milyon 97 min manat, ötən ili isə 6.5 milyon manat ziyanla başa vurub. 2010-cu ildən fəaliyyətə başlayan və bu bir neçə ildə heç cür mənfəətə keçə bilməyən “Azərkosmos”un cəmi yığılmış zərəri artıq 313 milyon manatı keçib.Deməli, bu peyklərin fəaliyyəti bizə 100 milyonlarla dollara başa gəlir, bunun əvəzində qazandıqlarımızın həmin xərclərə nə dərəcədə adekvat olduğu isə mübahisəlidir…

Təkcə ötən ilin dövlət büdcəsindən “Azərkosmos” ASC-yə 55 mln. manat, başqa mənbələrədən 3.6 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 3 milyon manat ayrılıb.

Bunun müqabilində bu il 1 yanvar tarixinə görə “Azərkosmos” 653 milyon 632 min manat cəmi aktivlərə, 740 milyon 867 milyon manat cəmi öhdəliklərə malikdir. Bu o deməkdir ki, aktivlər mənfiyə keçib, yəni ortada 87 milyon 235 min manatlıq minus var. Deməli, “Azərkosmos”un zərərləri onun nəinki nizamnamə kapitalını, hətta əlavə kapital qoyuluşlarını da “yeyib”.

Narahatedici fakt həm də odur ki, ASC-nin xidmətlərin satışından daxil olan gəlirləri ildən ilə artmaq əvəzinə azalır. 2017-ci ildə satışdan gəlirlər 37 milyon 86 min manat olduğu halda, 2018-ci ildə 36 milyon 812 min manat təşkil edib. Ötən il “Azərkosmos”un cəmi gəlirləri 45 milyon 379 min manat, cəmi xərcləri isə 51 milyon 842 min manat olub. Bu da zərər deməkdir.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda “Azərkosmos”un fəaliyyəti ətrafında yaranan mənzərə arzuolunan və təqdir ediləcək durumda deyil. Və sözsüz ki, zərərin əsas səbəbi təkcə peyklərimizdən istifadə edən müştərilərin azlığı yox, həm də xərclərin olduqca yüksək olması ilə bağlıdır. Bəlkə müvafiq qurumların bu xərclərə bir ciddi nəzər yetirməsinin vaxtı çatıb?/azpolitika.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərkosmos”un yığılmış zərəri 308 mln. manatı keçib

    “Azərkosmos”un yığılmış zərəri 308 mln. manatı ...

    9-11-2018, 10:11

  • 
  • Estoniya Azərbaycan peykinin resurslarından istifadə edəcək

    Estoniya Azərbaycan peykinin resurslarından ...

    9-04-2017, 11:12

  • 
  • Azərbaycanda iki sədr müavini təyin edildi

    Azərbaycanda iki sədr müavini təyin edildi ...

    11-06-2018, 11:44

  • 
  • "İnterAz” kanalının yayımı bu səbəbdən dayandırıldı

    "İnterAz” kanalının yayımı bu səbəbdən ...

    30-10-2017, 19:39

  • 
  • Azərbaycan üçüncü peykini orbitə çıxaracaq

    Azərbaycan üçüncü peykini orbitə çıxaracaq ...

    11-01-2018, 11:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu