İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi xəbəri neftin qiymətinin bahalaşmasına səbəb olub.
Gundemxeber.Az xəbər verir ki, mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?