GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » ÇİNDƏN GƏLƏN BÖYÜK TƏHLÜKƏ DÜNYANI SİLKƏLƏYƏCƏK ...–FED-in uçot dərəcəsini təcili endirməsinin sirri

ÇİNDƏN GƏLƏN BÖYÜK TƏHLÜKƏ DÜNYANI SİLKƏLƏYƏCƏK ...–FED-in uçot dərəcəsini təcili endirməsinin sirri

Tarix: 5-03-2020, 16:24 Bölmə :İqtisadiyyat Baxış: 530
ÇİNDƏN GƏLƏN BÖYÜK TƏHLÜKƏ DÜNYANI SİLKƏLƏYƏCƏK ...–FED-in uçot dərəcəsini təcili endirməsinin sirri


ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb. Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bənd aşağı salıb 1,5-1,7 %-dən 1-1,25%-ə endirib.

"ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bənd aşağı salınmasına qərar verib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, FED bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxıb və sabit saxlamışdı.


İqtisadçı ekspert Rövşən Ağayev FED-in qərarını şərh edərkən bildirib ki, son dövrlərin ən sərt faiz endirimi qlobal iqtisadiyyat üçün durumun çox kritik olduğunu göstərir: “Narahatlıq doğuran məqam odur ki, 0.5 bəndlik azalma qərarın elan olduğu ilk anda bazarlara müsbət təsir etməsinə, ABŞ-ın əsas fond indekslərinin orta hesabla 2%-ə yaxın artmasına baxmayaraq, sonradan yenidən eniş müşahidə edilib”.
“Əgər aparıcı mərkəzi banklarının müdaxiləsi bazarların çöküşünü, panikanı və iqtisadi fəallığın azalmasını qısa müddətə dayandırmasa, dünya iqtisadiyyatının dərin böhrandan yaxa qurtarması çox çətin görünür”- deyə ekspert vurğulayıb.

Onun qənaətinə görə, bu ssenaridə artıq “OPEC+”-un müdaxiləsi neft bazarına təsirsiz qalacaq: “Belə görünür aparıcı dövlətlər artıq ən pis ssenari üçün hazırlıq içərisindədirlər”.

Maliyyəçi ekspert Zaur Əhmədov saytımıza şərhində qeyd edib ki, FED-in planlaşdırılmamış faiz endirimi qərarını sərt endirim hesab etmək olar. Buna ehtiyacın hansı səbəblərdən yaranmasına gəlincə, ekspert bir neçə təsiredici faktorları sadalayıb: “Birincisi, FED analitikləri baş verən son hadisələrinin dünya iqtisadiyyatına ciddi təsir edəcəyinə tam əmin olublar. Çünki koronavirus artıq təkcə Çinin yox, dünya iqtisadiyyatının probleminə çevrildi. Onun ilk neqativ təsiri turizm, ictimai iaşə kimi çevik xidmət sahələrində tez hiss olunsa da, günü-gündən coğrafiyasını böyütməklə sənayeni və qlobal ticarət münasibətlərini də təhdid etməyə başladı.

Proseslər getdikcə xammala olan tələbatı azaltdı, bununla yanaşı ilin əvvəlindən dünyanın əsas istehsal fabrikində məhsul istehsalı kəskin azalmağa başladı. 2020-ci il bayram tətilləri, Çində qeyd olunan yeni il, daha sonra koronavirusunun sərhədlərini genişləndirməsi iş yerlərində fasilələr yaratdı. İstehsalın dayanması və nəhəng müəssisələrinin xammala olan tələbatının kəskin azalması və s. problemlər yarandı”.

Ekspert qeyd edir ki, bütün bunlar prosesin birinci dalğası idi. Onun sözlərinə görə, ikinci dalğa digər ölkələrin Çindən yarımfabrikatlar və digər istehsal komponentlərini almasına dəyən zərbə ilə şərtlənir: “Belə ki, Çində daha əlverişli istehsal şərtləri mövcud olması səbəbindən dünyanın yüksək texnoloji sənaye məhsulları istehsal edən müəssisələrdən tutmuş, avtomobil sənayesinin ehtiyat hissələrinədək ən aparıcı yığım zavodları Çində qurublar. İndi məlum səbəbdən Çində gecikən istehsal kənardan xammal alışlarını yubadır. Boşdayanmalar transmilli istehsalın sifarişlərinin gecikməsinə şərait yaradır. Beləliklə dünya sənayesi ən yüksək səviyyədə təchizat zəncirindəki yubanmalardan asılı olaraq zərərlə üzləşəcək”.

Zaur Əhmədov bildirir ki, təchizatdakı yubanmaların indiyə qədərki müddəti FED-in faiz endiriminə tələsik getməsinin əsas şərtidir: “Çünki endirimli pul vəsaitlərinin istehsala, sənayeyə çatması da əlavə müddət tələb edəcək. Bu gün ilkin hissələrin istehsal müəssisələrində işçilərin tətildə buraxılması, xammala azalan tələb, 3-4 ay sonra hazır məhsul zavodunda çalışanların işsiz qalmasına səbəb olacaq. Çünki tələbat olan ehtiyat hissələri, yarımfabrikatlar və s. məhsullar olmayacaq. Sifarişlərin icrası ilk öncə Çində yubanacaq, daha sonra son yığım proseslərini həyata keçirən digər ölkələrdəki şirkətlərdə bu proses təkrarlanacaq. 25-50 günlük logistika müddəti, limanların bağlanacağı səbəbindən yükləmələrin, boşaldılmaların ləngiməsi son nəticədə dünya iqtisadiyyatında ciddi yubanmalara səbəb olacaq. Hesablamalara görə, əgər, mart ayında Çində istehsal tam gücü ilə işə düşərsə, bu, 2020-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının rüblük ÜDM-nin 10 faiz azalmasına gətirib çıxara bilər. Rüblük ÜDM-nin belə kəskin azalması isə Çində II Dünya Mühasibəsindən sonra heç vaxt olmayıb”.

Ekspert qeyd edib ki, eyni azalmanın dolayısı ilə ABŞ sənayesinə zərərlərini minimuma endirmək üçün FED bu qərarı həm təcili, həm də sərt verdi: “Böyük ehtimalla böyük Yeddilik olmaqla bir sıra ölkələrin təcili faiz endirimlərinə gedəcəyi labüddür. Sənayenin zəifləməsini domino effektindən qorumaq üçün bütün aparıcı sənaye ölkələri davamlı faiz endirimlərinə gedəcəklər”.

Z. Əhmədov xatırladır ki, FED ötən il 3 dəfə faiz endiriminə ardıcıl getdikdən sonra bu ilin 4-cü rübünədək faiz endirimi olmayacağını bəyan etmişdi: “Ağ Ev başçısı isə bəyan etdi ki, daha çox faiz endirimlərini gözləyirik. Sənayenin təchizat zəncirindəki problemin təsirlərini azaltmaq məqsədilə atılan addımların miqyası göstərir ki, koronavirusunun dünya iqtisadiyyatına təsirləri gözləntilərdən daha çox olacaq. Epidemiyanın qlobal iqtisadiyyatda müalicəsi monetar siyasətlə mümkün olmayacaq”.






Ekspert hesab edir ki, “OPEC+” ölkələrinin mart ayındakı toplantısı enerji bazarındakı qiymətləri qismən artırmağa kömək edəcək. Lakin ABŞ-da on illik istiqrazların da gəlirliliyinin 1,2 faizə qədər enməsi qlobal iqtisadiyyatda artım tempinin daha da azalacağının göstəricisidir.

Zaur Əhmədov vurğulayıb ki, qlobal təchizat zəncirində koronavirusunun ilk təsir dalğası Çindən xaricdə yerləşən bütün alıcıların ilk növbədə anbarlardakı mövcud əmtəələrin daha yüksək qiymətlə satmaq istəyini formalaşdıracaq: “Çünki fasiləsizlik pozulub, beləliklə yeni partiya mal göndərişlərində gecikmələr baş verəcək”.

Ekspert son olaraq onu da bildirib ki, dünya istehsalçılarının Çindən aldığı komplektləşdirici hissələrin, nəqliyyat vasitələrinin istehsalında lazımi məqamda tələb olunan detalların istehsal konveyerinin üzərində olmaması daha ciddi problemlər yaradacaq./azpolitika
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FED uçot dərəcəsini açıqladı

    FED uçot dərəcəsini açıqladı ...

    30-01-2020, 10:54

  • 
  • FED uçot dərəcəsini artırdı - dollar bahalaşacaqmı?

    FED uçot dərəcəsini artırdı - dollar ...

    14-12-2017, 11:17

  • 
  • Dollarla bağlı mühüm qərar verildi

    Dollarla bağlı mühüm qərar verildi ...

    27-07-2017, 01:48

  • 
  • FED növbəti ildən faizləri daha sürətlə artıracaq: Dolları nə gözləyir?

    FED növbəti ildən faizləri daha sürətlə ...

    19-07-2017, 00:27

  • 
  • “FED, ağıllı ol və faizi endir“ - Donald Tramp

    “FED, ağıllı ol və faizi endir“ - Donald Tramp ...

    29-01-2020, 15:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (377)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu