GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Neft hasilatı azaldılacaq – ekspertlər qiymətlərin artmayacağını deyir

Neft hasilatı azaldılacaq – ekspertlər qiymətlərin artmayacağını deyir

Tarix: 10-04-2020, 13:13 Bölmə :İqtisadiyyat Baxış: 638
Neft hasilatı azaldılacaq – ekspertlər qiymətlərin artmayacağını deyir


Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub.

Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Aprelin 9-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.

Yeni ”Əməkdaşlıq Bəyannaməsi” gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika ”Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barrel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla digər “OPEC plus” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə edib.

Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
“Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln.barrel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barrel müəyyən edilib.

OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Energetika Nazirliyi bildirir ki, dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan üzərinə yeni öhdəliklər götürüb.

“2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır. 2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barrel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barrel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq,” məlumatda qeyd edilir.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barrel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barrel, qeyri-OPEC üzrə 2,349 mln barrel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Səudiyyə Ərəbistanı OPEK+ konfransında
Səudiyyə Ərəbistanı OPEK+ konfransında
Videokonfransa “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda “OPEC plus” formatından kənar neft ölkələrinə də bu prosesə qoşulmaq çağırışı edilib.

Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir.
Pərviz Şahbazov, energetika naziri

Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, “OPEC plus” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş olub.

“Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC plus”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir,” nazir qeyd edib.

“OPEC plus” ölkələrinin “Əməkdaşlıq Bəyannaməsi”nin icrası martın 31-də başa çatıb. Bundan sonra neft ölkələri arasında razılıq əldə edilməməsi və koronavirus infeksiyasının dünyanı bürüməsi neft bazarında qiymətlərin iki dəfərədn çox aşağı düşməsinə səbəb olub. Neft bazarındakı kəskin dalğalanma səbəbindən Rusiya, Səudiyyə Ərəbistanı və digər neft ölkələriyenidən masa arxasında neft hasilatı ilə bağlı müzakirələr aparmalı olub.

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub. Bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. Gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.

2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyinibir qayda olaraqyerinə yetirib.

Rəşad Həsənov: Neft ölkələri üçün qlobal konyukturun ciddi dəyişəcəyi ehtimalı çox aşağıdır

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, neft bazarları OPEC+ ölkələrinin hasilatı gündəlik 10 milyon barrel azaltma haqqında ilkin razılaşmasına ciddi reaksiya verməyib. İlk anlarda qiymətdə cüzi bahalaşma oldusa da hazırda yenidən uçuzlaşma prosesi gedir.

“Əslində tələbin 35-40 faiz azlması müzakirə edildiyi bir vaxtda təklifin 10 faiz azaldılmasının nəticələri əvvəlcədən proqnozlaşdırılan idi. Başqa sözlə Azərbaycan da daxil olmaqla neft ölkələri üçün qlobal konyukturun qısamüddətli dövr üçün ciddi dəyişəcəyi ehtimalı çox aşağıdır. Ancaq bu razılaşma qiymət müharibəsinin qarşısını alaraq bazarlarda müəyyən qədər sakitləşməyə səbəb olacaq. Və bu formatda əməkdaşlıq postpandemiya dövründə də davam etdirilərsə qiymətlər 50 dolların üzərinə qalxa bilər,” ekspert qeyd edib.

Qubad İbadoğlu: Yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, OPEK+ gözlənilən toplantısı baş tutsa da neftin qiyməti yenə də ucuzlaşıb.

Sürətlə azalan tələbatın müqabilində 10 milyon barrel eniş qiymətlərə təsir gücünə malik deyildir.
Qubad İbadoğlu, ekspert
“OPEK+ video görüşündən sonra aparıcı neft markalarından olan brentin qiyməti hər barrel üçün 3 faiz, WTI qiyməti hər barrel üçün 5 faiz ucuzlaşdı. Baxmayaraq ki, bu görüşdə gözlənildiyi kimi hasilatın aşağı salınmasına qərar verildi. Qərara görə, gündəlik hasilat may-iyun aylarında 10 milyon barrel, iyuldan 8 milyon barrel, 2021-ci ilin yanvar ayından isə 6 milyon barrel azalacaq. Bu ssenari üzrə əsas yük Səudiyyə Ərəbistanı və Rusiyanın üzərində olacaq. İlkin olaraq Səudiyyə Ərəbistanı gündəlik hasilatını 4 milyon barrel, Rusiya isə 2 milyon barrel aşağı salacaq. Digər ölkələrin kvotası məlum olmasa da, ixtisar İran, Liviya və Venesuelaya şamil olunmayacaq.
Neftin qiymətinin təkrar ucuzlaşması göstərdi ki, hazırda bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı dartır. Belə ki, Goldman Sachs hesablamalarına cari vəziyyətdə hasilatın artıqlığı gündə 20 milyon barrel təşkil edir. Odur ki, sürətlə azalan tələbatın müqabilində 10 milyon barrel eniş qiymətlərə təsir gücünə malik deyildir. Bu isə o deməkdir ki, yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir,” iqtisad elmləri doktoru belə proqnozlaşdırır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə təmsil olunacaq

    Azərbaycan OPEC və qeyri-OPEC ölkələri ...

    19-06-2018, 13:50

  • 
  • OPEC+ ölkələri nazirlərinin növbəti görüşünün tarixi açıqlanıb

    OPEC+ ölkələri nazirlərinin növbəti görüşünün ...

    10-01-2020, 21:16

  • 
  • Neft hasilatının azalma həcmi AÇIQLANDI

    Neft hasilatının azalma həcmi AÇIQLANDI ...

    11-12-2016, 22:21

  • 
  • Nazir: "Azərbaycan neftin qiymətinin qalxması üçün irəli sürülən təşəbbüsə qoşulur"

    Nazir: "Azərbaycan neftin qiymətinin ...

    27-10-2016, 13:37

  • 
  • ABŞ prezidenti OPEC-i tənqid edib

    ABŞ prezidenti OPEC-i tənqid edib ...

    14-06-2018, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu